Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında Azərbaycanın tarixi ərazisi olan Şuşa şəhərinin işğaldan azad olunması və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə rayondakı Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarları üzərinə və şəhidlər abidəsi kompleksinə tər qərənfillər düzülüb.
Sonra tədbir YAP Yevlax rayon təşkilatında “dəyirmi masa” ətrafında davam etdirilb. Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev Şuşa şəhərinin işğaldan azad olunması və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə tədbir iştirakçılarını və onların simasında bütün Azərbaycan xalqını təbrik edib. Sonra tədbir iştirakçıları ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova sevincini və azərbaycanlı olması ilə bağlı fəxr etdiyni bildirib. O, çıxışında Şuşa şəhərinin azad olunması və 9 Noyabr – Dövlət Bayrağı Gününün mahiyyəti haqqında gənclərə geniş məlumat verib.
Tədbirdə həmçinin Yevlax Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Etibar Məmmədov, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı çıxış edərək bu böyük qələbə münasibəti ilə gəncləri təbrik edib, başda cənab Ali Baş Komandan olmaqla rəşadətli ordumuza yeni uğurlar arzulayıblar.
- Oxunub: 3540 |
- Tarix: 09-11-2020 |
-
Çap et |