Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Rafiq Əliyev: Yeni Azərbaycan Partiyasının amalı qüdrətli Azərbaycan, müstəqillik, inkişaf, sosial rifahdır

Rafiq Əliyev: Yeni Azərbaycan Partiyasının amalı qüdrətli Azərbaycan, müstəqillik, inkişaf, sosial rifahdır

21.11.2020 [12:56]

"Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 28 il ötür. Ümummilli Liderimizin bəyan etdiyi kimi YAP saflıq, saf mənəviyyat üzərində qurulmuş bir partiyadır. Bəli, Yeni Azərbaycan Partiyası milli siyasi iradəni təmsil edən aparıcı qüvvə, xalqın ali mənafeyinin ifadəçisidir".

Bunu YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev deyib. 

Onun sözlərinə görə, yarandığı andan etibarən Azərbaycan tarixində əsaslı dəyişikliklərə yol açan, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə fəaliyyətini genişləndirən partiya ötən 28 ildə yeni-yeni nailiyyətlər əldə edib: "1992-ci ilin ağır sosial-siyasi, iqtisadi kataklizmlər dövründə respublikamızın 91 nəfər ziyalısının "Səs" qəzeti vasitəsilə xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevə müraciətindən sonra, məhz Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Adından da göründüyü kimi, partiyanın qarşısında duran məqsəd yeni, totalitarizmin buxovlarından azad olan, həmçinin ictimai siyasi cəhətdən sabit olan Azərbaycanın qurulmasından, demokratik inkişaf yolunun seçilməsindən ibarət idi". Rafiq Əliyev deyib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ölkəmizə rəhbərlik etməyə başlamasından sonra partiyanın həyatında yeni bir dövrün əsası qoyuldu: "Azərbaycanda demokratik, hüquqi, sivil dövlət quruculuğu istiqamətində bəyanatlar açıq şəkildə reallaşmağa başladı. Yeni Azərbaycan Partiyasına olan inamın artmasına səbəb də məhz bu məqsədlərin yalnız kağız üzərində qalmaması, əməli işdə özünü təsdiqləməsi oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaranması müasir tipli siyasi sistemin, yeni siyasi mədəniyyətin əsasını qoydu. Daxili və xarici siyasətin prinsiplərini ehtiva edən milli inkişaf proqramı hazırlanıb həyata keçirildi. Xalq milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq, milli birlik ideologiyası ətrafında birləşdi. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində mühüm tarixi nailiyyətlər əldə olundu. Bu gün bütün gənclik Yeni Azərbaycan Partiyasını respublikamızı uğurlara, gələcək inkişafa aparan yeganə siyasi qüvvə kimi tanıyır. Yeni Azərbaycan Partiyasının amalı qüdrətli Azərbaycan, müstəqillik, inkişaf, sosial rifahdır. Bu illər ərzində tarixi sınaqlardan, çətin dövürlərdən keçmək və 30 ilə yaxındır düşmən tapdağında olan doğma Qarabağı azad etmək məhz bu partiyanın və onun rəhbərlərinin adı ilə bağlıdır". "Bütün sadalananlar bir daha təsdiq edir ki, ölkə qarşısında duran vəzifələr Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezidentimiz İlham Əliyev tərəfindən bundan sonra da uğurla, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə varislik ruhunda davam etdiriləcəkdir", – deyə Rafiq Əliyev sonda əlavə edib.

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30