Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şurasının iclası keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şurasının iclası keçirilib

09.12.2020 [09:35]

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Şurasının onlayn iclası keçirilib. İclası girş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov bildirib ki, Ali Baş Komandanımız, ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Ordumuzun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Döyüş meydanında darmadağın olan Ermənistan noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Onun sözlərinə görə, bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, Onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Cavid Osmanov qeyd edib ki, Prezidentimiz İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbi oldu. Azərbaycan xalqı bundan sonra da öz Liderinə böyük etimad göstərəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.
İclasda, həmçinin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində qarşıda duran vəzifələr də müzakirə olunub. Toplantıda, həmçinin rayon təşkilatının aparat rəhbəri İsa Eminov, təşkilatın Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva, sədr müavinləri Hürü Əliyeva və Qalib Həsənov, Ağdaş şəhər ərazi ilk partiya təşkilatının sədri Şəhla Hacıbalayeva çıxış ediblər.

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31