Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ramiz Hüseynov: Azərbaycan beynəlxalq hüququn prinsiplərini əsas götürərək hərbi yolla öz ərazi bütövlüyünü təmin edib

Ramiz Hüseynov: Azərbaycan beynəlxalq hüququn prinsiplərini əsas götürərək hərbi yolla öz ərazi bütövlüyünü təmin edib

07.01.2021 [09:03]

“Azərbaycan dövləti Dağlıq Qarabağın və ona bitişik rayonların azad edilməsində beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirib, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərar və qətnamələrini əsas götürüb. Uzun illər təcavüzə məruz qalan, torpaqları işğal edilən, vətəndaşları qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan dövləti bu münaqişənin sülh yolu ilə həll edilməsinə çalışıb, ərazi bütövlüyümüzün sivil yolla təmin olunmasını istəyib”.
Bu ifadələri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.
Onun sözlərinə görə, təəssüf ki, ötən 27 il ərzində təcavüzkar Ermənistan Azərbaycanın bu sülhpərvər mövqeyini düzgün qiymətləndirmədi. Nəticə etibarilə bu gün Azərbaycan beynəlxalq hüququn prinsiplərini əsas götürərək hərbi yolla öz ərazi bütövlüyünü təmin edib. Dünənə qədər münaqişənin həllində hərbi yolu istisna edən bəzi təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrləri məğlub Ermənistana kömək etmək üçün yenidən “fəaliyyətə” başlamaq istəyir. Amma artıq problem öz həllini tapıb, Azərbaycan dövləti, Azərbaycan Prezidenti regionda yeni siyasi reallıqlar yaradıb. Bu reallıqlarla isə hər kəs barışmalıdır.
Şəhər təşkilatının sədri qeyd edib ki, sentyabrın 27-dən noyabrın 10-a kimi istər döyüş meydanında, istərsə də siyasi müstəvidə böyük uğurlar qazanan Azərbaycan dövləti düşməni ciddi məğlubiyyətə uğratdı. Ermənistanı dəstəkləyən Fransa kimi dövlətlər isə beynəlxalq hüququn, ədalətin qələbəsini təqdir etmək yerinə separatizmi dəstəkləmələri ilə yadda qaldılar: “Azərbaycan Prezidenti cənab İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul edərkən də bildirdi ki, bu qurum yalnız status-kvonun saxlanılmasına çalışıb, münaqişənin hərbi yolunu hər zaman istisna edib. Bu isə birmənalı şəkildə Ermənistanın maraqlarının müdafiəsi demək idi. Azərbaycan dövləti öz gücü, hərbi potensialı sayəsində ərazi bütövlüyünü təmin edib və bu reallıq dəyişməzdir”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30