Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Vüqar Seyidov: Moskvada imzalanan üçtərəfli bəyanat region ölkələri üçün böyük əhəmiyyətə malikdir

Vüqar Seyidov: Moskvada imzalanan üçtərəfli bəyanat region ölkələri üçün böyük əhəmiyyətə malikdir

19.01.2021 [09:17]

“Yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüş həm 10 noyabr Bəyanatının müddəalarının həyata keçirilməsi ilə bağlı məsələlərin, həm də regionumuzda gələcəkdə qurulacaq çoxtərəfli əməkdaşlığın həlli baxımından önəm daşıyır. Ona görə ki, əməkdaşlığa doğru atılmış hər bir addım ölkəmizi və bölgəmizi müharibə təhlükəsindən uzaqlaşdırır. Eyni zamanda, avtomobil yollarının açılması, dəmir yolunun bərpası və ya yenidən tikilməsi ilkin mərhələdə Azərbaycan və Ermənistanla yanaşı, Türkiyə, Rusiya və bütün dünya üçün faydalı olacaq”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib.
V.Seyidovun sözlərinə görə, Moskvada imzalanan üçtərəfli bəyanat region ölkələri üçün böyük əhəmiyyətə malikdir: “44 günlük müharibədən sonra dövlətlər arasında iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın qəbul olunması bir daha regionun gələcəyinin hazırkı nəticələrin təftişindən deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsindən asılı olduğunu göstərdi. Bu baxımdan, demək olar ki, üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir”.
“30 ildir ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayır. Bu baxımdan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması böyük önəm daşıyır. Eyni zamanda, bütün Türk dünyası bu əməkdaşlıqdan faydalanacaq. Ümidvarıq ki, Azərbaycanın yaratdığı reallıqlar regionda təhlükəsizliyin təminatına öz töhfəsini verəcək”, - deyə V.Seyidov bildirib.

Paylaş:
Baxılıb: 432 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30