Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Meydanəli Yolçuyev: Azərbaycan və Qırğızıstan arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək

Meydanəli Yolçuyev: Azərbaycan və Qırğızıstan arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək

25.04.2022 [13:37]

“Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ölkələrimizin arasında əlaqələrin inkişafına təkan verəcək. Bu səfər çərçivəsində imzalanmış dövlətlərarası sənədlər qarşılıqlı münasibətlərin gələcək inkişafında mühüm faktorlardan biridir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev “Yeni Azərbaycan” qəzetinə açıqlamasında  deyib.
Təşkilat sədri bildirib ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində 10 sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Bu, o deməkdir ki, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Qarşılıqlı əməkdaşlığın səmərəliliyini artıran digər amil isə Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunmasıdır.
M.Yolçuyevin sözlərinə görə, Azərbaycan və qırğız xalqlarını tarixi dostluq və qardaşlıq əlaqələri birləşdirir: “Bizi birləşdirən ortaq tarix və mədəni dəyərlər var. Azərbaycanla Qırğızıstan Türk Dövlətləri Təşkilatında da fəal əməkdaşlıq edirlər, türk xalqlarının birliyinə töhfələr verirlər. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan da dəstəkləyib. Bu kimi faktlar münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisidir”. 
İki ölkə arasında münasibətləri daha da inkişaf etdirmək üçün kifayət qədər potensialın mövcudluğuna diqqət çəkən M.Yolçuyev deyib: “Düşünürəm ki, səfər çərçivəsində imzalanmış sənədlər mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır. Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Artıq Azərbaycan şirkətləri bu sahədə müəyyən təcrübələr qazanıblar. Enerji sektorunun inkişafı istiqamətində Azərbaycanın investisiya potensialı Qırğızıstan üçün kifayət qədər faydalı ola bilər. Eyni zamanda, Azərbaycanın kommunikasiya xətlərindən istifadə də Qırğızıstan üçün qazanclı ola bilər. Dövlət başçılarının görüşlərində də bu məsələnin əhəmiyyəti vurğulandı. Azərbaycan öz kommunikasiya xətlərindən istifadə üçün Qırğızıstana tam şərait yaradır. İki ölkə arasında potensial olan sahələrdən biri də kənd təsərrüfatıdır. Bu sahədə birgə əməkdaşlığın inkişaf etdirilməsi üçün dövlət başçıları tərəfindən lazımi tapşırıqlar verildi. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Ümumilikdə, dövlət başçılarının birgə bəyanatları zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra iki ortaq kökə malik ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutu oldu. Azərbaycan və Qırğızıstan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra daha da inkişaf edəcək”.

Paylaş:
Baxılıb: 312 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Turizm

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31