Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Hansı telekanallara da çox baxırsınız?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Azərbaycan ilə Almaniya arasında əlaqələr sürətlə inkişaf edir
- Bu il də Naxçıvan MR-də məktəb binalarının tikintisi davam etdiriləcək
- YAP Nərimanov rayon təşkilatında Gənclər günü qeyd edilib
- Küveytin “LoYAC-Lothan” gənclər mərkəzinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olub
- Üzgüçülərimiz Dünya Kubokuna qatılacaq
- Avropa Çempionatına 23 güləşçimiz qatılacaq
- Yığmamız Müşfiq İsayevin xatirə turnirinin qalibi oldu
- Yeni Azərbaycan Partiyasının üzvü olmaq şərəfdir
Prezident İlham Əliyev Çexiya Parlamenti Senatının sədri Prşemısl Sobotkanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Çexiya Respublikası Parlamenti Senatının sədri Prşemısl Sobotkanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Çexiya Parlamenti Senatının sədrinin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin önəmini qeyd edən Prezident İlham Əliyev ölkəmizlə Çexiya Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. Dövlətimizin başçısı bu məsələlərin Çexiya Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlər zamanı da müzakirə olunduğunu deyib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin geniş sahələri əhatə etdiyini vurğulayaraq, eyni zamanda “Şərq tərəfdaşlığı” Proqramında ölkəmizin iştirakının əhəmiyyətini də qeyd edib. Dövlətimizin başçısı Çexiya Respublikası Parlamenti Senatının sədrinin səfəri zamanı həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına dair məsələlərlə bağlı məhsuldar müzakirələrin keçiriləcəyinə əmin olduğunu bildirib.
Prşemısl Sobotka Azərbaycanın Çexiya üçün strateji tərəfdaş ölkə olduğunu vurğulayıb. O, Çexiyanın region ölkələri ilə əlaqələrinin inkişafında Azərbaycanın mühüm rolunu qeyd edib. Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa maraqlı olduğunu deyən qonaq, ikitərəfli münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Siyasət