Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
- Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
İsmət Abbasov: Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişafda aqrar sahənin də özünəməxsus yeri var. Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirən kənd təsərrüfatı naziri, YAP Siyasi Şurasının üzvü İsmət Abbasov bildirib ki, nazirlik ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylə çalışır. Onun sözlərinə görə, bu il hava şəraitinin qeyri-sabit keçməsi səbəbindən kənd təsərrüfatına da müəyyən ziyan dəyib. Amma bununla belə, cari ilin ötən dövrü ərzində kənd təsərrüfatı məhsullarının istehsalında 3 faizlik artım qeydə alınıb. İlin sonuna qədər bu göstəricinin artması gözlənilir.
“Kənd təsərrüfatının inkişafı üçün müəyyən məsələlər var ki, onlar gələcəkdə həll olunacaq və bununla da, ölkənin ərzaq təhlükəsizliyi tam təmin ediləcək” - deyən İ.Abbasov əlavə edib ki, aqrar sahənin inkişafında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar başlıca rol oynayır. “Bu sənədlərə əsasən, “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət texnikaların, gübrələrin alınıb fermerlərə verilməsi və s. məsələlərin həll olunması istiqamətində səmərəli fəaliyyət göstərir. indiyədək bu məqsədlə Səhmdar Cəmiyyət üçün 210 milyon 500 min manat vəsait ayrılıb. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi məqsədilə yanacaq və motor yağlarının alınması üçün hər hektara görə 40 manat konpensasiya verilir, eləcə də, gübrələr güzəştlərlə satılır. Həmçinin, “Aqrolizinq” tərəfindən verilmiş texnikaların icarə müddəti 5 ildən 10 ilə qədər artırılıb. Bitkiçilik sahəsində toxumçuluğa xüsusi diqqət yetirilir. Əgər keyfiyyətli toxum olmasa, məhsuldarlıq aşağı olar. Ona görə də, bu məsələyə böyük önəm verilir” - deyə o, vurğulayıb.
Fermerlərin öz məhsullarını sata bilməməsinə gəlincə, nazir belə bir problemin olduğunu söyləyib. Və qeyd edib ki, bu problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. O, xatırladıb ki, bu il ölkədə rekord həddə taxıl istehsal olunub. Belə ki, istehsal olunmuş 3 milyon tona yaxın taxıl məhsullarının 2 milyon tondan çoxu ərzaq buğdasının payına düşür. İ.Abbasov onu da bildirib ki, bu ilin ötən dövründə bitkiçilikdə 3,3, heyvandarlıqda isə 2,2 faiz artım müşahidə olunub. Onun sözlərinə görə, Almaniyadan 770 baş cins mal-qara alınıb və artıq həmin damazlıq heyvanlardan 600 bala alınıb: “Bu heyvanlar gündəlik 25-30 litr süd verir. Ona görə də, cins mal-qaranın inkişaf etdirilməsi zəruridir. Doğrudur, həmin heyvanlardan 70-dən çoxu tələf olub, amma bu, onların bizim iqlimə uyğunlaşmaması ilə bağlı deyil. Sadəcə, onlara lazımı diqqət göstərilməyib. İndi isə bu heyvanların sayı 1300-ə qədərdir”.
Nazir bu il yalnız böstan bitkilərinin və pambıqçılıq istehsalında müəyyən geriləmələrin olduğunu deyib.
İ.Abbasov indiki şəraitdə çörəyin qiymətinin ucuzlaşması ilə bağlı sualları da cavablandırıb. O, bildirib ki, ərzaq buğdasının qiymətinin dünyada, o cümlədən, Azərbaycanda iki dəfə aşağı düşdüyü halda, çörəyin qiymətinin ucuzlaşması baş verməlidir: “Kənd Təsərrüfatı Nazirliyi qiymət siyasəti həyata keçirən orqan deyil. Bununla belə, hesab edirəm ki, çörəkbişirmə sənayesində reallıqlar nəzərə alınmalıdır. Ölkədə il ərzində 1 milyon 600 min ton ərzaq buğdasına tələbat olduğu halda, cari il ərzində 2 milyon 130 min ton ərzaq buğdası istehsal olunub. Bu amil çörəyin qiymətində də özünü göstərməlidir. Eyni zamanda, vurğulamaq istəyirəm ki, Azərbaycanda istehsal olunan ərzaq buğdası keyfiyyətinə görə heç bir ölkənin məhsulundan geri qalmır”.
Nazirin sözlərinə görə, süni qiymət artımının qarşısını almaq məqsədilə Bakı şəhərində 2006-cı ildən etibarən kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. İndiyədək ümumilikdə 343 belə yarmarka təşkil olunub. O, qeyd edib ki, gələcəkdə də bu cür yarmarkaların təşkili davam etdiriləcək.
İ.Abbasov onu da vurğulayıb ki, 2010-cu ilin dövlət büdcəsində cari illə müqayisədə aqrar sahəyə ayrılmış vəsaitin həcmi azalmayacaq. Əksinə, gələn ilin dövlət büdcəsində aqrar sahə üçün vəsaitin həcmi 1,1 faiz artacaq. Nazir bildirib ki, bu artım aqrar sahədə elmi məsələlərlə məşğul olan şəxslərin əməkhaqlarının yüksəldilməsinə sərf olunacaq.
Nardar BAYRAMLI

Siyasət