Lənkəran seçiciləri YAP-ın mütləq qələbəsinə əmindirlər

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının təbliğat-təşviqat qrupu Navzava, Şağlarküçə, Separati, Şağlaser və Osaküçə kəndlərinin seçiciləri ilə görüşüb
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri bələdiyyə seçkiləri ilə bağlı rayonun Navzava, Şağlarküçə, Separati, Şağlaser və Osaküçə kəndlərinin seçicilərilə görüşüb. YAP Lənkəran şəhər təşkilatının təbliğat-təşviqat qrupunun sədri Əlimərdan Əliyev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlər barədə geniş məlumat verib. Ə.Əliyev qeyd edib ki, YAP Lənkəran şəhər təşkilatı təsdiq olunmuş təbliğat-təşviqat tədbirləri planına uyğun olaraq bir sıra işlər görüb. Ötən müddət ərzində özünüidarəetmə orqanlarına namizədliyini irəli sürmüş YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib, onlar bələdiyyələrin ölkənin ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyəti və üzərlərinə düşən mühüm vəziflər barədə maarifləndiriliblər.
Əlimərdan Əliyev seçicilərə yerli özünüidarəetmə orqanları barədə məlumat verərək bildirib ki, bələdiyyələr ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsində iştirak edən strukturlardan biri kimi mühüm rola malikdir. Yerli özünüidarəetmə strukturları rayonun hər bir sakininin sosial-məişət qayğıları ilə yaxından maraqlanmalı, lazım olan köməklikləri göstərməlidir: “Bələdiyyə üzvləri ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərin ön sıralarında olmalı və vətəndaşları narahat edən sosial məsələlərin yerindəcə həll olunmasına çalışmalıdırlar. Onlar bu işlərdə nə qədər yüksək aktivlik nümayiş etdirsələr əhalinin bu qurumlara olan inam və etibarı daha da artmış olar. Ona görə də ölkəmizdə yeni inkişaf dövrünün qarşıya qoyduğu mühüm tələbləri nəzərə alan bələdiyyə orqanları bu istiqamətdəki fəaliyyətini gücləndirməli, yeni təşəbbüslərlə sıxış etməli, hər bir sahədə səylərini gücləndirməlidir”.
Tədbirdə çıxış edən Lənkəranın Navzava kəndinin sakini Ofeliya Qəmbərova bildirib ki, lənkəranlılar həmişə seçkilərdə fəal iştirak ediblər və dekabrın 23-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə layiqli namizədlərə səs verəcəklər. Digər çıxış edənlər də YAP-ın namizədlərini dəstəklədiklərini və onların bələdiyyə seçkilərində inamlı qələbə qazanacaqlarına əmin olduqlarını diqqətə çatdırıblar.
ELBRUS CƏFƏRLİ

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009