Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 2 səs)
Çox oxunanlar
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
- Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Fatmayi qəsəbəsində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev rayon təşkilatının həyata keçirdiyi tədbirlər haqqında məlumat verib: “Seçki kampaniyasına start verildikdən sonra partiyamızın fəalları yerlərdə insanlarla görüşlər keçirib, yerli problemləri araşdırıb, bu məsələlərin həllində bələdiyyələrin nə dərəcədə rol oynadığını müəyyənləşdiriblər”.
Onun sözlərinə görə, seçkilərdə “Xalqa xidmət naminə” şüarı ilə iştirak edən Yeni Azərbaycan Partiyası yerli sosial, iqisadi və ekoloji proqramlar hazırlayıb: “Azərbaycan inkişaf edir, iqtisadi və siyasi nüfuzu getdikcə artır. Bu baxımdan, ölkədəki bütün idarəetmə strukturlarının fəaliyyəti inkişaf səviyyəsinə uyğunlaşdırılır. Ola bilər ki, bələdiyyələrin fəaliyyətində bu günə qədər müəyyən çatışmazlıqlar baş verib. Amma partiyamızın hər zamankı fəaliyyəti özünüidarəetmə strukturlarının iş prinsipinin daha da təkmilləşməsinə hesablanıb”.
YAP-ın Fatmayi qəsəbəsi bələdiyyəsi üzrə namizədi Hikmət Begiyev ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən danışıb: “Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən səmərəli şəkildə davam etdirilməsi Azərbaycanı güclü bir dövlətə çevirib. Regionların inkişafı, görülən işlər, aparılan islahatlar xalqın hakimiyyətə, Yeni Azərbaycan Partiyasına olan inamının daha da möhkəmlənməsinə səbəb olub. Təbii ki, bu inkişaf özünü rayonumuzun Fatmayi qəsəbəsində də əyani şəkildə göstərir”.
Digər namizəd Zaur Nadirov Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərilə bağlı konsepsiyasına uyğun olaraq, budəfəki bələdiyyə seçkilərində də gənclərin və qadınların namizədlik əmsalının artırılmasına diqqət çəkib: “Düşünürəm ki, hər zaman seçkilərdə aktivlik nümayiş etdirən, dövlətçilik prinsipini hər zaman müdafiə edən Fatmayi qəsəbəsinin sakinləri bu dəfə də düzgün seçim edəcəklər”.
Fatmayi qəsəbəsi bələdiyyəsi üzrə namizəd Nəsir Nəsirli ölkədəki inkişafa diqqət çəkərək söyləyib ki, seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə bir daha etimad göstərəcəkləri təqdirdə bu tərəqqi işləri davam etdiriləcək.
Sonra çıxış edən qəsəbə sakinləri budəfəki bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Siyasət