Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Ərdoğandan aravuranlara sərt cavab
- İllər keçdikcə cənnətə dönən Cəlilabad
- Prezident İlham Əliyev dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında...
- Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
- 2011-ci ildə Azərbaycan dünyada turizm ölkəsi kimi tanınıb
- Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
- “İRƏLİ” İctimai Birliyinin təsis konfransı keçirildi
- Aqil Xəlil budur
KOICA Layihə Tədqiqat Qrupunun rəhbəri ÇO Sanq-Vu və Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti və İqtisadiyyat şöbəsinin rəhbəri Sədrəddin Məmmədov dekabr ayının 17-də KOICA-nın “Azərbaycanda Bakı Buxtasında Dəniz Körpüsünün Tikintisi üçün Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması” layihəsi üzrə Müzakirə Protokolunu imzalayıblar. KOICA-nın Layihə Tədqiqat Qrupu layihə ərazisini tədqiq etmək və layihənin təfərrüatlarının əsasını qoymaq üçün 2009-cu il dekabr ayının 14-dən 18-dək Bakıda səfərdə olublar. Bundan başqa Qrupun rəhbəri və KOICA-nın Azərbaycan nümayəndəliyinin Yerli Təmsilçisi KİM Yanq-Vu Azərbaycanın sosial və iqtisadi inkişafı sahəsində əməkdaşlıq barədə müzakirə aparmaq məqsədilə Nazirlər Kabinetinin Dövlət zəmanəti ilə alınan Kreditlərin, Texniki Yardım və Qrantların alınması üzrə işlərin əlaqələndirilməsi şöbəsinin rəhbəri Nail Fətəliyev ilə görüşüblər. Koreya Respublikası Höküməti (Cənubi Koreya) adından KOICA layihənin 2009-2011-ci illərdə 12 ay ərzində həyata keçirilməsi üçün 1.6 milyon ABŞ dolları həcmində büdcə ayırıb. Layihənin məqsədləri: 1) Bakı buxtasında dəniz körpüsünün tikintisi üçün texniki iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması vasitəsilə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, 2) Koreyanın dəniz körpüsü tikintisi və yol idarəetməsi sahəsində təcrübəsini Azərbaycan Respublikasında tətbiq etməklə Azərbaycanlı mütəxəssislərin bacarıqlarının artırılması, 3) Azərbaycan Höküməti tərəfindən həyata keçirilən yol inkişafına müvafiq olaraq əyalətlərdə kommunal xidmətin yaxşılaşdırılmasına və iqtisadi inkişafın gücləndirilməsinə töhfə verilməsi, 4) layihənin müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində, iki ölkə arasında münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, 5) Bakı şəhərinin yeni rəmzinin işlənib hazırlanması və gələcəkdə Xəzər dənizindən şəhərə giriş qapısının təşkil edilməsidir.






Siyasət


