Azərbaycanın folklor musiqisi Avropada səslənəcək

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycan xalq musiqisini ifa edən İranın “Araz” ansamblı Avropanın müxtəlif ölkələrində konsert proqramı ilə çıxış edəcək. Bu barədə İranın ingilisdilli “Press TV” telekanalının rəsmi saytında məlumat verilib. Vokalist Rəhim Şəhriyarinin başçılığı ilə qrup qastrol səfərinə martın 16-da İstanbuldan başlayacaq.
May ayına qədər davam edəcək səfərdə ansambl Köln, Paris, Stokholm və digər şəhərlərdə konsertlər verəcək. Konsert proqramında Azərbaycanın məşhur folklor musiqilərindən ibarət “Kim bilir” albomundan mahnılar səslənəcək. Konsertdə Rəhim Şəhriyarini Oqtay Sədi (tar), Afşin Ələvi (kamança), Həmzə Şəhriyari (klarnet), Peyman Həmidi (fortepiano), Məhəmməd - Hüseyn Afşari (nağara) müşayiət edəcəklər.
Məlumat üçün bildirək ki, Rəhim Şəhriyari İranda Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi hesab olunur. O, Azərbaycan xalq musiqisindən, rəqslərindən ibarət bir çox yerli və beynəlxalq konsertlər verib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009