“Azərbaycanfilm” üçün bu il daha məhsuldar olacaq

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
2010-cu ildə kinostudiyada iki yeni filmin çəkilişi nəzərdə tutulur
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2010-cu ildə iki yeni filmin çəkilişi nəzərdə tutulur. Kinostudiyadan verilən məlumatda bildirilir ki, bu filmlər “Bəşəriyyətin xilası” və “Tərsinə çevrilmiş dünya”dır. Məlumata əsasən, “Bəşəriyyətin xilası” filminin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyevdir.
“Tərsinə çevrilmiş dünya” filminin rejissoru Ənvər Əbluc, ssenari müəllifi isə Çingiz Hüseynovdur. Bu film rejissor ssenarisinin yazılışı dövründədir. Hər iki filmin çəkilişinə iki aydan sonra başlanılacaq.
Ötən ildən yarımçıq qalan rejissor Eldar Quliyevin “İstanbul reysi” filmi isə artıq tamamlanmaq üzrədir. İlqar Nəcəfovun “Buta” adlı filmi üzərində də hazırda səsləndirmə işləri aparılır.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009