Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Şəxsi maraqların dövlətin mənafeyindən üstün tutulması gələcək perspektivlər üçün böyük problemlər yarada bilər
Ötən saylarımızın birində bəzi sahibkarların miqrantlardan ibarət ucuz işçi qüvvəsindən istifadə edərək vətəndaşlarımızın məşğulluq hüquqlarını pozumaları haqqında material dərc etmişdik. Redaksiyamıza daxil olan telefon zənglərindən, elektron məktublardan bir daha bəlli olur ki, bəzi sahibkarlar ucuz əməklə daha çox gəlir götürməyi üstün tuturlar. Belələri bununla əslində, insanların məşğulluq problemlərinin aradan qaldırılması və onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə xələl gətirirlər. Buradan da belə bir məntiq hasil olur ki, bəzi sahibkarlar Azərbaycandakı əlverişli biznes mühitindən istifadə etməklə, yüksək gəlir əldə etmək kimi şəxsi maraqlarını dövlətin mənafeyindən üstün tuturlar.
Məsələyə münasibət bildirən millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, Azərbaycanda bu kimi məsələlər qəbul edilmiş “Əmək miqrasiyası” haqqında Qanunla müəyyən olunur: “Qanunda göstərilir ki, 18 yaşına çatmış, əmək qabiliyyətli əcnəbilər Azərbaycan Respublikasına gələ bilərlər. Amma Qanunla müəyyən olunan müddəada o da qeyd olunur ki, əcnəbilərin əməkhaqqı ödənilən fəaliyyətlə məşğul olmaq üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikasının vətəndaşlarının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, işəgötürənlərin işçi qüvvəyə olan ehtiyaclarının yerli əmək ehtiyatları hesabına ödənilməsi imkanının olmamasından ibarətdir. Əlbəttə, sahibkarlar vətəndaşların iddia etdiyi iş yerlərində miqrantların ucuz əməyindən istifadə etməsi qanunvericiliyin və insanların məşğulluq hüquqlarının pozulması deməkdir”.
Hadi Rəcəbli, eyni zamanda, vurğulayıb ki, insanlar bəzən sahibkarların təklif etdikləri əməkhaqları ilə razılaşmırlar: “Bu gün Azərbaycanın sürətli inkişafı, yeni müəssisələrin və kütləvi iş yerlərinin açılması təbii hal olaraq, əcnəbilərin diqqətini cəlb edir. Onu da qeyd edim ki, hazırda ölkəmizdə çox nadir sahə tapılar ki, orada ixtisaslı kadr tapılmasın. Belə bir problem olanda isə rəsmi sənədlər əsasında, qanunvericilik çərçivəsində əcnəbi kadrlar işə cəlb oluna bilər. Amma bu gün Azərbaycana gələn miqrantların əksəriyyəti ucuz əmək təklif edən işaxtaranlardırlar. Öncə vurğuladığım kimi, ucuz əməkhaqqı ilə razılaşmayan vətəndaşlarımızın həmin yerlərdə yerini həmin miqrantlar doldurur. Lakin bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, bu işlər mövcud qanunvericilik çərçivəsində aparılmalıdır. Sahibkarlar işini elə qurmalıdır ki, bu nə qanunvericiliyə, nə də ki, dövlətin sosial siyasətinə zidd olsun”.
RAMİL

Siyasət