Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
- Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır
- Prezident İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib
Yanvarın 14-dən 17-dək Vyanada “Ferien-Messe Wien-2010” ənənəvi beynəlxalq tətil yarmarkası keçirilib. Yarmarkada dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 820-dən çox şirkət iştirak edib.
Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif ölkələrlə yanaşı, Avstriyanın 9 federal əyaləti də öz turizm imkanlarını nümayiş etdirib. Budəfəki yarmarkanın tərəfdaşları Tunis (xarici ölkə qismində) və Zaltsburq (yerli region qismində) olub.
Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, ilk dəfə olaraq, turizm şirkətinin (AL Travel şirkəti) və “Azerbaijan Review” jurnalının təmsilçiləri də yarmarkada iştirak edib. Azərbaycan üçün ayrılmış guşədə ölkəmizdə turizm imkanları, respublikanın müxtəlif regionları, həmçinin, mədəniyyəti və tarixindən bəhs edən kitablar və bukletlər paylanıb. Milli incəsənət nümunələri və suvenirlər nümayiş etdirilib. İngilis və alman dillərində hazırlanan nəfis tərtibatlı kitabçalar sayəsində yarmarka iştirakçıları Azərbaycanın müxtəlif regionları ilə yanaşı, mehmanxanalar, ölkənin turizm bölgələrinə səfər marşrutları və digər sahələrdə praktiki informasiyalar əldə ediblər.
Onu da qeyd edək ki, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqqaslarının ifasında Azərbaycan milli rəqsləri və kompozisiyalar yarmarka iştirakçıları tərəfindən böyük rəğbət və maraqla qarşılanıb.

Siyasət