2010-cu ildə investisiya siyasəti davam etdiriləcək və yeni sahələri əhatə edəcək

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Prezident İlham Əliyev: Görülən işlər davam etdirilməli, həm də yeni layihələr icra edilməlidir
Azərbaycan iqtisadiyyatında inkişaf meyillərinin 2009-cu ildə davam etməsi bütün sahələrdə olduğu kimi, infrastruktur və investisiya bölmələrində də iqtisadi fəallığın artmasına səbəb olub. Böhran ilində ümumi daxili məhsulun real artımının 9,3 faiz səviyyəsində əldə edilməsi Azərbaycan hökumətinin tarixin bu sınağından uğurla çıxmasının əyani sübutu kimi qiymətləndirilməklə yanaşı, siyasi və iqtisadi idarəetmədə kamilliyin göstəricisi kimi səciyyələndirilə bilər. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizin müasir iqtisadi təhlükəsizlik şəbəkəsi qurulub. Eyni zamanda, respublikamızın maliyyə-iqtisadi potensialının artması sosial layihələrin uğurlu icrasını təmin etməklə bərabər, investisiya proqramlarının davamlılığını stimullaşdırıb.
Ötən il əksər dövlətlərin maliyyə və bank sistemində problemlərin yaranması ciddi maliyyə çatışmazlığına səbəb olduğundan bu ölkələrdə ən mühüm infrastruktur və investisiyayönümlü layihələrin icrası təxirə salınıb. Dünya iqtisadiyyatında baş verən böhran meyillərinə qarşı təmkinli, çevik və mükəmməl strategiya həyata keçirən Azərbaycan hökuməti yerli investisiya bazarını nəinki xarici təsirlərdən qorumağa nail olub, eyni zamanda, bu sahəyə sərmayə qoyuluşlarının daha da artırılmasını təmin edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il ölkəmizə investisiya qoyuluşu davamlı xarakter alıb: “2009-cu ildə Azərbaycana investisiya qoyuluşu davam etmişdir. İl ərzində 9,2 milyard dollar investisiya qoyulmuşdur ki, bunların da 7,3 milyardı daxili sərmayələrdir. Bu da çox gözəl göstəricidir. Çünki bilirik ki, dünyada həm banklarda yaranmış ciddi vəziyyət, eyni zamanda, maliyyə resurslarının azaldılması istər-istəməz investisiya qoyuluşunun davamına müsbət təsir göstərə bilməzdi. Ancaq biz bütün imkanları səfərbər edib, həm dövlət, həm yerli şirkətlər, özəl sektorun xətti ilə, eyni zamanda, xarici şirkətlərin Azərbaycana marağını nəzərə alaraq, biz Azərbaycanda böyük həcmdə investisiya qoyuluşunu təşkil edə bildik. Burada da ölkəmizdə aparılan ümumi siyasət öz xüsusiyyətlərini göstərir”.
2009-cu ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların böyük bir hissəsini, təxminən 80 faizini Azərbaycanın daxili resursları təşkil edir ki, bu da respublikamızın maliyyə potensialının yüksək göstəricisi sayıla bilər. Dövlət başçısının vurğuladığı kimi, bu vəsaitlər yerli şirkətlərin inkişaf etməsi və onların imkanlarının artması, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsaitlərin həcminin yüksəlməsi, hökumətin ayırdığı kreditlərin və subsidiyaların çoxalması və digər tədbirlər nəticəsində reallaşıb. İnvestisiyalar ölkəmizdə güclü infrastruktur layihələrinin icrasına, yeni yolların və körpülərin tikintisinə, elektrik stansiyalarının və mühüm sosial obyektlərin yaradılmasına və digər layihələrə yönəldilib.
2009-cu ildə investisiya, infrastruktur layihələrinin icrasının davam etdirilməsi ilə yanaşı, onların maliyyə tutumu və miqyası bir qədər də genişləndirilib. Məsələn, ötən il Azərbaycanda bir neçə nəhəng layihənin təməli qoyulub ki, bu layihələrin dəyəri ən azı 1 milyard dollar təşkil edir. Bu layihələrdə xarici investorların, eləcə də, dünyanın ən nəhəng maliyyə institutlarının iştirakı isə ölkəmizdə investisiya fəallığının daha bir göstəricisi sayıla bilər. Qeyri-neft sektorunun inkişafına səbəb olan həmin çoxsaylı layihələrin həyata keçirilməsi üçün kifayət qədər maliyyə resursu cəlb olunub. Bununla da sosial obyektlərin tikintisi, məsələn, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr ötən il investisiya siyasətinin əsas elementlərini təşkil edib. Onu da qeyd edək ki, investisiya layihələrinin 70 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib ki, bu da 5,1 milyard manat deməkdir.
Hökumət ötən il maliyyə və bank bazarına dəstəyi də gücləndirib və bu addım öz mühüm təsirini göstərib. Azərbaycanda ipoteka bazarının canlandırılması, bankların bu sahəyə maliyyə axınlarının gücləndirilməsi üçün hökumət ehtiyat maliyyə mənbələrindən istifadə edib ki, bu da tikinti sektorunda intensivliyi artırıb. Maliyyə bazarında likvidliyin artması iqtisadiyyatın bir çox sahələrində, xüsusilə də, özəl bölmədə iqtisadi aktivliyin yüksəlməsinə səbəb olub. Sahibkarlıq sektoruna bir neçə mənbədən maliyyə vəsaitlərinin cəlb olunması isə özəl bölmənin payının 90 faizi ötməsinə imkan yaradıb.
Azərbaycan hökuməti davamlı xarakter alan infrastruktur layihələrinin və investisiya proqramlarının 2010-cu ildə də geniş vüsət alması üçün kifayət qədər maliyyə resurslarına malikdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu il investisiya siyasəti davam etdiriləcək və eyni zamanada, yeni sahələri əhatə edəcək: “2010-cu ildə bütün infrastruktur layihələrinin icrası davam etməlidir. Əlbəttə ki, bu, investisiya proqramında öz əksini tapacaqdır. Həm bu ilə qədər görülən işlər davam etdirilməli, həm də yeni layihələr icra edilməlidir. Avtomobil yollarının tikintisi davam etməlidir. Bakı-Gürcüstan sərhədi İpək yolunun tikintisi bu il başa çatmalıdır. Eyni zamanda, bizi İranla birləşdirən, İran sərhədinə gedən yolda işlər davam etməlidir. Bütün başqa yollar - həm şəhərdaxili, həm də şəhərlərarası yollar, kənd yolları təmir və bərpa olunmalıdır. Yeni yollar salınmalıdır. Bu məsələlərə nail olmaq üçün investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulmalıdır”.
Elbrus CƏFƏRLİ
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009