Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Təhsil Nazirliyində keçirilən görüşdə iki ölkə arasında imzalanmış protokolların icrası istiqamətində görüləcək tədbirlər müzakirə olunub
Bakıda səfərdə olan Türkiyənin milli təhsil naziri Nimət Çubuqçunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə dünən Təhsil Nazirliyində görüş keçirilib. Görüşdə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, mövcud protokolların yeniləşdirilməsi məsələləri müzakirə olunub. Səfərin əsas məqsədləri barədə məlumat verən Türkiyənin milli təhsil naziri Nimət Çubuqçunun sözlərinə görə, əsas məqsəd iki ölkə arasında imzalanmış protokolların icrası istiqamətində görüləcək tədbirləri müzakirə etməkdir. Bu sırada diplomların qarşılıqlı tanınması, tələbə mübadiləsinin genişləndirilməsi, müxtəlif ixtisaslar üzrə təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması məsələləri də var.
Azərbaycanın təhsil naziri Misir Mərdanov təhsil sahəsində ölkələrimiz arasındakı qarşılıqlı əlaqələri tənzimləyən əməkdaşlıq haqqında iki mühüm sənəd olduğunu vurğulayıb. Həmin sənədlərdən biri 1998-ci ilin noyabrında Misir Mərdanovun Türkiyəyə rəsmi səfəri zamanı imzalanmış təhsil və elm sahəsində əməkdaşlıq protokolu, digəri isə 2000-ci ildə Türkiyənin milli təhsil naziri Mətin Bostançıoğlunun Bakıya səfəri zamanı təhsil və elm sahəsində imzalanmış əməkdaşlıq protokoludur. Misir Mərdanov deyib ki, Türkiyə dövləti bu sənədlərə əsasən, azərbaycanlı gənclərin Türkiyənin ali məktəblərində dövlət xətti ilə təhsil almaları üçün yer ayırıb: “Bu məqsədlə Azərbaycana 2008-ci ilə qədər hər il 150, 2008-ci ildən etibarən isə 125 nəfərlik kontingent ayrılıb. Hazırda Türkiyə və Azərbaycan arasında təhsil sahəsində tam həll edilməmiş məsələ isə tibb və hüquq ixtisası üzrə diplomların tanınması ilə bağlıdır. Azərbaycanda və Türkiyədə təhsil alan tələbələrin diplomlarının qarşılıqlı tanınması ilə bağlı 2003-cü ildə Türkiyənin Ali Təhsil Şurası ilə Azərbaycanın Təhsil Nazirliyi arasında sənəd imzalansa da, hazırda 2 ixtisas üzrə diplomların tanınması ilə bağlı bəzi problemlər mövcuddur”.
Türkiyənin milli təhsil naziri Nimət Çubuqçu isə deyib ki, Azərbaycanda bu ixtisaslar üzrə təhsil və tədris proqramları Türkiyədəkindən fərqlidir. Bu səbəbdən də hər iki ixtisas üzrə diplomların qarşılıqlı tanınmasında müəyyən problemlər yaranır. Bununla belə, bu məsələ hər iki ölkənin təhsil qurumlarının diqqətindədir. Onun sözlərinə görə, diplomların tanınması problemi tədricən həll olunacaq.
M.Mərdanov da türkiyəli həmkarının fikirlərini təsdiqləyib. O, əlavə edib ki, Azərbaycanda ali təhsil, xüsusən də hüquq ixtisası üzrə kadr hazırlığı beynəlxalq səviyyədə aparılmadığından belə ixtisaslar üzrə diplomların qarşılıqlı tanınmasında bəzi uyğunsuzluqlar yaranır. Amma bu məsələni həll etmək üçün Türkiyənin Ali Təhsil Şurası ilə Təhsil Nazirliyi arasında müvafiq sənəd imzalanıb: “Azərbaycanda xüsusilə beynəlxalq hüquq ixtisası beynəlxalq səviyyədə aparılmadığından bu cür ixtisaslar üzrə diplomların tanınmasında müəyyən problemlər olur. Bu məsələdə tələsmək lazım deyil, hər bir problem zamanla öz həllini tapacaq. Növbəti mərhələdə isə növbəti addımlar atılmalıdır ki, diplomların tanınması mümkün olsun. Mənə belə gəlir ki, bu məsələ tədricən həll olunmalıdır”.
RUHİYYƏ

Siyasət