Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Hansı telekanallara da çox baxırsınız?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Üzgüçülərimiz Dünya Kubokuna qatılacaq
- Dünya ictimaiyyəti Azərbaycanı həm də idman ölkəsi kimi tanıyır
- YAP Binəqədi rayon təşkilatı ötən 17 il ərzində böyük inkişaf yolu keçib
- Sərbəst güləş ustalarımız İstanbulda yarışacaq
- “Koroğlu” yenidən yazılıb
- Regionun siyasi, iqtisadi, hərbi sabitliyinin əsas açarı Azərbaycandır
- “Köhnə qitədə” yeni güc tarazlığı sistemi formalaşdırılır
- Heydər Əliyev Fondu tərəfindən Xalq artisti Canəli Əkbərovun musiqi albomu nəşr olunub
Andrey Tveryankin: Bürünc Azərbaycan milli komandası üçün böyük uğurdur
Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatında Azərbaycan yığması bürünc medallar uğrunda bu gün Çexiya komandası ilə qarşılaşacaq. Çexiya futzalçıları yarımfinalda dördqat Avropa çempionu İspaniyaya 1:8 hesabı ilə məğlub olub. Qeyd edək ki, yığmamız yanvarın 21-də çexlərlə qrup mərhələsində qarşılaşıb və 6:1 hesabı ilə qələbə qazanıb. “Portuqaliyaya penaltilər seriyasında uduzmaqla, yəqin ki, borcumuzu qaytarmış olduq. Axı 1/4 finalda məhz belə zərbələrlə qalib gəlmişdik”. Bu sözləri futzal üzrə Azərbaycan milli komandasının oyunçusu Andrey Tveryankin deyib. Tveryankin 3:3 hesabı ilə nəticələnən görüşdən sonra vurulan penaltilər seriyasında qeydə alınan 3:5 hesabını məğlubiyyət kimi qəbul etmir: “Düşünürəm ki, komandamız məğlubiyyəti düzgün qiymətləndirir. Portuqaliyaya uduzmaq məğlubiyyət deyil. Mənə elə gəlir ki, biz daha yaxşı oynadıq. Bəlkə də bizə belə turnirlərdə təcrübə çatmadı. Yoxsa biz rəqibin qol vurduğu epizodlarda buraxdığımız səhvlərə yol verməzdik. İndi isə bizə yalnız portuqaliyalıları təbrik etmək qalır”.
Tveryankin penaltilər seriyasında qaytarmağa çox yaxın olduğu zərbəni də unuda bilmir: “Açığını deyim ki, Kardinalın zərbəsinə toxunduqda topun artıq qapıya getmədiyini zənn etdim. Penaltilər seriyasının təkcə lotereya olmadığını da qeyd edim. Bu həm də futzalçıların ustalığıdır. Çexiya ilə görüşdə yalnız bir məqsədimiz olacaq - qələbə. Hələ turnirin startından əvvəl demişdim ki, bizi istənilən əyarlı medal qane edər. İndi də deyirəm ki, bürünc Azərbaycan yığması üçün böyük uğurdur”.

Siyasət