Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Hansı telekanallara da çox baxırsınız?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Üzgüçülərimiz Dünya Kubokuna qatılacaq
- Dünya ictimaiyyəti Azərbaycanı həm də idman ölkəsi kimi tanıyır
- YAP Binəqədi rayon təşkilatı ötən 17 il ərzində böyük inkişaf yolu keçib
- Sərbəst güləş ustalarımız İstanbulda yarışacaq
- “Koroğlu” yenidən yazılıb
- Regionun siyasi, iqtisadi, hərbi sabitliyinin əsas açarı Azərbaycandır
- “Köhnə qitədə” yeni güc tarazlığı sistemi formalaşdırılır
- Heydər Əliyev Fondu tərəfindən Xalq artisti Canəli Əkbərovun musiqi albomu nəşr olunub
Yanvar ayının 26-da Dövlət Gənc Tamaşaçılar teatrının kiçik səhnəsinin açılış mərasimi keçirilib. Mərasimi teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Həmidov açaraq qeyd edib ki, bu gün teatr üçün əsl bayramdır: “Biz bu gün üç önəmli hadisəni qeyd edirik. Birinci, teatrımızın kiçik səhnəsində ilk tamaşanın nümayişidir. İkinci, kiçik səhnənin görkəmli yazıçı və dramaturq A.P.Çexovun “Albalı bağı” əsəri əsasında hazırlanmış tamaşa ilə açılmasıdır ki, bu da təsadüfi deyil. Çünki bütün teatrsevərlər və Çexov pərəstişkarları yanvar ayında dramaturqun anadan olmasının 150 illiyini qeyd edir. Yaradıcı qurum olaraq bizim teatr da bu tarixi qeyd etməyi planlaşdırıb. Məhz elə ona görə də, kiçik səhnədə ilk olaraq müəllifin “Albalı bağı” tamaşası nümayiş olundu”.
Mübariz Həmidov üçüncü önəmli hadisə kimi teatrın baş rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanın ad gününün olmasını önə çəkib və qocaman sənətkarı kollektiv adından təbrik edib.
Onu da qeyd edək ki, Cənnət Səlimova bu günlərdə İran İslam Respublikasında keçirilən “Fəcr” festivalında ən yaxşı rejissor işinə görə mükafata layiq görülüb. Festivalda Cənnət Səlimovanın Musiqili Komediya Teatrında quruluş verdiyi “Məşədi İbad” tamaşası nümayiş olunub.

Siyasət