Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Hansı telekanallara da çox baxırsınız?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Türkiyənin milli təhsil naziri Bakıdadır
- Prezident İlham Əliyev İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
- YAP Göyçay rayon təşkilatının yaradılmasının 17-ci ildönümü qeyd olunub
- Azərbaycan-Polşa münasibətlərinin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının müstəsna xidmətləri var
- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi təntənəli surətdə qeyd olunub
- “Koroğlu” yenidən yazılıb
- “NABUCCO” - davam, yoxsa tamam?
Moskvanın mərkəzində, Yeliseyev və Voznesenski döngələrinin kəsişməsindəki bağda, Nizami Gəncəvinin abidəsi yaxınlığında böyük Azərbaycan müğənnisi Müslüm Maqomayevin abidəsinin təməl daşının qoyulması münasibətilə təntənəli mərasim keçirilib. Abidənin müəllifləri Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, professor Aleksandr Rukavişnikov, Beynəlxalq Arxitektura Akademiyasının akademiki, arxitektor İqor Voskresenskidir.
Moskva Hökumətinin tapşırığı ilə mərasimdə çıxış edən paytaxt merinin birinci müavini Lyudmila Şvetsova insanların böyük əksəriyyətinin fikirlərini ifadə edərək bildirib ki, böyük Maqomayevin xatirəsi əbədidir, çünki ürəklərimizdə onun obrazı yaşayır, yalnız gözəl əhval-ruhiyyə doğuran nəğmələri səslənir: “O, doğma Azərbaycan torpağında dəfn olunmuşdur. Ancaq Moskva torpağında da elə bir yer olmalıdır ki, onun çoxsaylı qədirbilən pərəstişkarları, doğma və yaxınları gəlib öz hisslərini izhar edib, böyük müğənninin xatirəsini ana bilsinlər”.
RF Dövlət Duması sədrinin müavini Lyubov Sliska deyib: “Bu, Müslüm Maqomayev yaradıcılığının pərəstişkarlarının, onun dostlarının və yaxınlarının həyatında olduqca əhəmiyyətli bir gündür. Müğənninin həyatımıza gətirdiyi mahnılar təkcə Sovetlər İttifaqını deyil, həm də konsert verdiyi bütün ölkələri fəth edib. Maqomayevin öz yaradıcılığı ilə nail olduğu bu birlik həyatda heç də hər kəsə müyəssər olmur. Abidələr susur, Müslüm Maqomayevin nəğmələri isə hələ uzun illər bizimlə olacaq”.
Mərasimdə Müslüm Maqomayevin xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya, Moskvanın Mədəniyyət departamentinin rəhbəri Sergey Xudyakov, Moskva Şəhər Dumasının komissiya sədri Yevgeni Gerasimov, böyük opera müğənnisi Yelena Obraztsova, Maqomayevin yaxın dostu, “Krokus-İnternəşnl” şirkətlər qrupunun prezidenti Araz Ağalarov, televiziya aparıcısı Svyatoslav Belza, ÜAK-ın prezidenti Məmməd Əliyev, Azərbaycan diasporunun, yaradıcı ziyalıların nümayəndələri və paytaxt sakinləri iştirak ediblər.
Təməlqoyma mərasimində çıxış edənlər xüsusi vurğulayıblar ki, Müslüm Maqomayevin abidəsi nəinki onun yaradıcılığını əbədiləşdirəcək, həm də Rusiya və Azərbaycan xalqları arasında dostluğun rəmzinə çevriləcək.
Rəsmi mərasimdən sonra böyük həmvətənimiz Müslüm Maqomayevin gələcək abidəsinin təməl daşına güllər qoyulub.

Siyasət