Majoritar seçki sistemi özünü kifayət qədər doğruldub

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Bahar Muradova: Seçki komissiyalarının indiki formatı ölkədəki siyasi qüvvələr balansını özündə ehtiva edir
“Parlament seçkiləri ilində bəzi siyasi partiyalar tərəfindən proporsional seçki sisteminin bərası ilə bağlı təkliflərin səsləndirilməsi təbiidir. Çünki dünyada hər iki sistem mövcuddur. Eyni zamanda, çoxpartiyalı sistemin mövcudluğunu da nəzərə alsaq belə müzakirələr normaldır”. Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova bəzi müxalifət partiyalarının proporsional seçki sisteminin bərpası ilə bağlı təkliflərinə münasibət bildirərkən deyib.
B.Muradovanın sözlərinə görə, seçki ərəfəsində belə müzakirələr başadüşüləndir və bu müzakirələr həmişə ola bilər. Amma vitse-spiker hesab edir ki, referendumda bu məsələyə baxıldığı üçün Azərbaycanda proporsional sistemin bərpası real deyil.
Onun fikrincə, majoritar sistem özünü kifayət qədər doğruldub: “Bu seçki sistemi həm siyasi partiyalar, həm də konkret şəxslər üçün daha faydalıdır. Bütün tərəflərin öz gücünü ortaya qoyması üçün tam şərait yaradılır. Siyasi partiyalar belə müzakirələr açmaqdansa, seçki hazırlığı ilə məşğul olsunlar. Majoritar sistemlə partiyalar sosial bazalarına uyğun olaraq uğurlarını təmin edə bilərlər”.
Seçki komissiyaları haqqında təkliflərə gəlincə, B.Muradova bildirib ki, bu komissiyaların indiki formatı ölkədəki siyasi qüvvələr balansını özündə ehtiva edir. Eyni zamanda, seçicilərin mütləq əksəriyyəti seçki komissiyalarının indiki formatına etimad göstərdiyini dəfələrlə sübut edib. B.Muradovanın sözlərinə görə, seçkilərdə iştirak edən siyasi partiyaların da əksəriyyəti bu formatın balanslı olduğunu bildiriblər.
“Bəzi partiyalar seçkilərdə iştirakdan ona görə məhrum deyillər ki, seçki komissiyaları bu səviyyədədir. Onlar öz imkanlarını bildikləri üçün seçkilərə qatılmırlar və komissiyalara öz namizədlərini göndərməkdən imtina edirlər” deyən vitse-spikerin sözlərinə görə, bu partiyalar özlərinə sərf edən format istəyirlər. Amma buna getmək olmaz. “Komissiyalar seçkilərin nəticəsindən asılı olaraq qüvvlərin balansı əsasında formalaşır. Biz beynəlxalq təşkilatların rəyi əsasında buna getmişik. Ölkəmizdə ən münasib seçki formatı mövcuddur. Ona görə də, belə müzakirələr mənasızdır” deyə Bahar Muradova vurğulayıb.
Nardar BAYRAMLI

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009