Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Hansı telekanallara da çox baxırsınız?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- “Biz sona qədər öz mövqeyimizdə qalacağıq”
- Azərbaycan-Polşa münasibətlərinin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının müstəsna xidmətləri var
- Azərbaycan mahnıları və rəqsləri bu dəfə Fransada musiqı bayramında
- Türkiyənin milli təhsil naziri Bakıdadır
- YAP Binəqədi rayon təşkilatı ötən 17 il ərzində böyük inkişaf yolu keçib
- Prezident İlham Əliyev İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
- YAP Göyçay rayon təşkilatının yaradılmasının 17-ci ildönümü qeyd olunub
- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi təntənəli surətdə qeyd olunub
“ABŞ-ın işğalçı Ermənistana 40 milyon dollar, Azərbaycana isə 22 milyon dollar maliyyə yardımı ayırması ədalətli deyil”. Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ obyektiv mövqe nümayiş etdirməlidir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyində Azərbaycan torpaqlarının işğalında fəal rol oynayan şəxslər təmsil olunur. Məhz bu hakimiyyətin qeyri-konstruktivliyinin nəticəsidir ki, Dağlıq Qarabağ problemi hələ də həll olunmur. YAP İcra katibinin müavini qeyd edib ki, Ermənistan hakimiyyətinin ABŞ-ın ayırdığı maliyyə yardımının qeyri-dinc məqsədlər üçün istifadə etməsi ehtimalı daha böyükdür. Çünki bu, işğalçı dövlətin hakimiyyətinin mahiyyətindən irəli gəlir. Buna görə də, bu məsələyə ciddi diqqət yetirilməlidir. M.Qurbanlının sözlərinə görə, bu gün Azərbaycan sürətlə inkişaf edir və hansısa dövlətin maliyyə yardımına ehtiyacı yoxdur: “Amma məsələ bundadır ki, ədalət prinsipi qorunmalıdır. Təcavüzkarla təcavüzə məruz qalan dövlətə münasibət düzgün olmalıdır”.






Siyasət


