Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə çap edilən və bir gün əvvəl paytaxtda təqdimatı keçirilən kitablar - Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində çap edilmiş “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi” əsəri, administrasiyanın sektor müdiri Qafar Əliyevin Ulu öndər Heydər Əliyev haqqında rus dilində nəşr olunmuş “Müasir Azərbaycanın banisi, xilaskarı və yaradıcısı” kitabı, tanınmış yazıçı və pedaqoq Mir Cəlal Paşayevin qırğız dilində işıq üzü görmüş “Bir gəncin manifesti” povesti, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə institutun alimləri tərəfindən hazırlanaraq rus və ingilis dillərində nəşr olunmuş “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar” kitabı, professor Aqil Hacıyevin “XIX əsrin birinci yarısında rus ədəbiyyatında Qafqaz mövzusu” monoqrafiyası, həmçinin, Qırğızıstan Elmlər Akademiyası Manasşünaslıq Elmi Mərkəzinin nəşr etdirdiyi “Ədəbiyyat və incəsənət məsələləri” jurnalının Ümummilli lider Heydər Əliyevə, tanınmış Azərbaycan yazıçısı Mir Cəlala, dünya şöhrətli yazıçı Çingiz Aytmatova həsr olunmuş xüsusi nömrələri Kant şəhərindəki 4 nömrəli orta məktəbin nəzdində fəaliyət göstərən Azərbaycan bazar günü məktəbinə təqdim edilib.
Mərasimdə Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri, Kant şəhərində fəaliyyət göstərən diasporumuzun üzvləri, valideynlər və şagirdlər iştirak ediblər. Fondun sədri Nüsrət Məmmədov kitabları və digər nəşrləri təqdim edərək deyib ki, 2003-cü ildən fəaliyyət göstərən bazar günü məktəbində dərslər əslində hər gün keçirilir və uşaqlarımız burada öz xalqının dili, ədəbiyyatı, tarixi və mədəniyyətini öyrənirlər. O, əmin olduğunu bildirib ki, bu kitablar uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsində böyük rol oynayacaq. İyirmi dörd il bu məktəbin direktoru işləyib, indi isə təqaüddə olan tanınmış pedaqoq, soydaşımız Flora Şıxlinskaya Azərbaycan haqqında həqiqətlərin şagirdlərə çatdırılmasında bu nəşrlərin böyük əhəmiyyətindən söz açıb.
Məktəbin direktoru Svetlana Bulavia kitabların nəşri və məktəbə təqdim edilməsinə görə fondun rəhbərinə minnətdarlıq edib. Məktəbin müəllimi Zərnigar Miriyeva deyib ki, bizim belə kitablara ehtiyacımız böyükdür və arzu edirəm ki, Azərbaycandan da bizə kitablar göndərilsin.
AzərTAc