Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Qırğızıstan Milli Kitabxanasının nəzdində Heydər Əliyev adına Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzi yaradılacaq. Mərkəzin yaradılması ilə əlaqədar kitabxana kollektivinin qərarı fevralın 6-da fondun rəhbəri Nüsrət Məmmədov və Milli Kitabxananın direktoru, professor Jıldız Bakaşovanın görüşündə elan olunub. Görüşdə Qırğızıstan Elmlər Akademiyası Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldacan Akmataliyev, Qırğızıstan-Azərbaycan Gənclər Təşkilatının sədri Lalə Abdullayeva, ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər. Nüsrət Məmmədov deyib ki, Qırğızıstanda çox sevilən, türk dünyasının böyük siyasi xadimi Heydər Əliyevin həyatı hər birimiz, xüsusən də gənclərimiz üçün örnək olmalıdır. Bu baxımdan yalnız Azərbaycanda deyil, digər ölkələrdə, o cümlədən türkdilli dövlətlərdə Ulu öndərin irsinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Jıldız Bakaşova bildirib ki, biz də Heydər Əliyevin məhz dünya siyasətində və türk dünyası qarşısındakı xidmətlərini nəzərə alaraq belə bir Mərkəzin yaradıması ideyasını bəyəndik. Gənclərimiz belə nəhəng siyasi xadimlərdən çox öyrənməlidirlər. Kitabxananın 200 kvadratmetrlik sahəsi Mərkəzin ixtiyarına verilmişdir. Razılaşmaya uyğun olaraq sahənin təmiri və digər bütün işləri Fond öz boynuna götürüb. Akademik Abdıldacan Akmataliyev qeyd edib ki, böyük siyasi xadim olan Heydər Əliyev Qırğızıstanı və qırğız xalqını çox sevirdi. Məhz bu məhəbbətin nəticəsi idi ki, Ulu öndər Manas dastanının yubileyində iştirak etmək üçün ölkəmizə gəlmişdi. Onun yubileydəki çıxışı indiyədək yadımdadır. Bizim belə böyük insanları unutmağa haqqımız yoxdur. Mərkəzdə Ulu öndərin həyat və fəaliyyəti, Azərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyəti, tarixi ilə bağlı materiallar yerləşdiriləcək, böyük siyasi xadimin büstü qoyulacaq.









