Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Məlum olduğu kimi, 2009-cu ilin əvvəllərində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi “Azərbaycan-Antarktida” ekspedisiya qrupu Antarktidada olub. Ekspedisiya üzvləri tərəfindən buzlu qitənin ərazisində elmi-tədqiqat işləri həyata keçirilib, iqlim və meteoroloji proseslərlə bağlı 500-dən artıq müşahidə-ölçmə işləri aparılıb, yol boyu xeyli qiymətli geoloji nümunələr götürülüb.
Qeyd edək ki, bölgədə müşahidə olunan
güclü tufan və həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə görə ekspedisiya qrupu bir neçə gün gözləməyə məcbur olmuş və yalnız 12-ci gün Antarktidanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsinə çatmışdı. Bu günlərdə isə “Ziya” nəşriyyatı tərəfindən nəşr olunmuş “İlk Azərbaycan-Antarktida ekspedisiyası. Cənub Qütbünə xizək yürüşü” silsiləsindən ekspedisiyaya həsr olunmuş üç kitab ictimaiyyətə təqdim edilib. I-kitab “Antarktida gündəliyi” (müəllif H.Bağırov), II-kitab “Antarktida iqlimi. Qlobal təsirlər” (müəlliflər H.Bağırov, R.Mahmudov), III-kitab “Honduvanın donmuş parçası” (müəlliflər H.Bağırov, V.Babazadə, Ə.Kərimov) adlanır.
Kitablarda qeyd olunur ki, Antarktida ekspedisiyasının təşkili və onun uğurlu yekunu, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə böyük uğurla həyata keçirdiyi islahatların, respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinin, Azərbaycanın sivil, dünyəvi dövlət olaraq beynəlxalq aləmdə öz layiqli yerini tutmasının parlaq təzahürüdür. Ekspedisiyaya hazırlıq, onun təşkili və ekspedisiyanın keçirildiyi dövrü əhatə edən kitablarda Antarktidada aparılan meteoroloji və geoloji tədqiqatların, götürülmüş süxur və mineralların, kameral və ən yeni növ analizlərin nəticələri barədə məlumatlar öz əksini tapıb.
Ümumiyyətlə, yeni nəşrlərdə qeyd olunur ki, toplanmış faktiki materiallar Antarktida haqqında çox maraqlı məlumatlar verir.
Yeni nəşrlər Azərbaycanın tarixində ilk dəfə həyata keçirlmiş önəmli bir hadisədən-bayrağımızın planetin əlçatmaz nöqtələrindən sayılan Antarktidanın Vinson zirvəsi və Cənub Qütbündə ucaldılmasından bəhs edir. “Antarktida gündəliyi” kitabının müəllifi H.Bağırov “ön söz”də yazır ki, Azərbaycan sivil, dünyəvi dövlət kimi müasir bəşəri çağırışlara qoşularaq, ümumdünya miqyaslı qlobal problemlərin həllində də öz sözünü deməkdədir.
Qeyd edək ki, “Antarktida gündəliyi” kitabında ekspedisiyaya hazırlıqdan başlamış Vinson zirvəsinə və Cənub Qütbünə yürüşlərdə istifadə olunmuş avadanlıqların siyahısına qədər bütün məsələlər əksini tapıb.
“Antarktida iqlimi. Qlobal təsirlər” kitabında isə qeyd olunur ki, Yer kürəsinin müasir iqlim sisteminin şəraitinin formalaşmasına bir sıra qlobal amillər, o cümlədən, Günəş radiasiyası, Yerin forma və ölçüləri, xüsusən də Yerin geoid formasında olması, quru və su ərazilərinin mövcud nisbətdə paylanması əhəmiyyətli təsir göstərir. Bununla yanaşı, atmosferdə hava kütlələrinin, qlobal rütubət dövranının paylanmasında, okeanlarda müxtəlif cərəyan axınlarının yaranmasında müstəsna rol oynayan və Yerin təbii soyuducuları sayılan Arktika, Qrelandiya, Antarktida kimi nəhəng buzlaq ərazilərin də təsiri olduqca böyükdür.
“Hondvananın donmuş parçası” adlanan üçüncü kitabda isə “Yerin əmələ gəlməsi, daxili quruluşu və inkişafı”, “Antarktida, yaxud statusu müəyyən edilməmiş ərazi”, “Cənub yarımkürəsində Antarktidanın tutduğu mövqe”, “Antarktidanın mineral-xammal resursları, istismar perspektivləri və ortaya çıxan ekoloji problemlər” mövzularına ayrı-ayrı fəsillərdə geniş yer verilib.
Ümumiyyətlə, belə bir riskli, cəsarətli və uğurlu ekspedisiyanın materikdə apardığı elmi tədqiqatların, 500-dən artıq meteoroloji, geoloji müşahidələri özündə əks etdirən 3 kitabın işıq üzü görməsi oxuculara, hidrometeoroloq, geoloq-tədqiqatçılara, bu sahədə təhsil alan tələbələrə yaxşı bir töhfə olacaq.
Nardar BAYRAMLI

Siyasət