YAP Samux rayon təşkilatının yaranmasının 15 illiyi qeyd edilib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon Təşkilatının yaranmasının 15 illiyi ilə bağlı keçirilən yığıncaqdan öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. SİA-nın bölgə müxbiri xəbər verir ki, daha sonra düzənlənən tədbirdə Yeni Azərbaycan Partiyası və partiyanın Samux rayon təşkilatının yaranma tarixinə geniş nəzər salınıb.
Qeyd olunub ki, 1992-ci il oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısının Ümummilli lider Heydər Əliyevə etdiyi müraciət “Səs” qəzetində dərc edilib. Daha sonra ölkə əhalisinin böyük bir qismi də müxtəlif formalarda müraciət edib. Ulu öndər Heydər Əliyev isə bu müraciətlərə cavab olaraq YAP-ın yaranmasına razılıq verib.
Qısa bir zamanda ölkənin əksər şəhər və rayonlarında partiyanın yerli təşkilatları yaradılıb. 1992-ci ilin noyabrında partiyanın təsis konfransının keçirilməsi ölkəmizin hər yerində, o cümlədən Samuxda rəğbətlə qarşılanıb. Vətənin taleyinə biganə qala bilməyən insanlar, müxtəlif sosial qrupların nümayəndələri, ziyalılar bu vacib prosesə qoşulub. Yığıncaqda qeyd edilib ki, Samuxda ilk partiya təşkilatları 1993-cü ildə 30 nəfərə yaxın vətəndaşın iştirakı ilə 3 kənddə yaradılıb. Daha sonra partiya üzvlərinin sayı artaraq 1993-cü ilin axırında 200 nəfər olub, rayonun 7 kənd və qəsəbəsini əhatə edib.
Hazırda 53 ilk partiya təşkilatı ilə fəaliyyət göstərən YAP Samux rayon təşkilatının 3100 nəfər üzvü var. Onlardan 1581-i qadın, 930 nəfəri isə gəncdir. Təşkilatın Qadınlar Şurası və gənclər birliyinin üzvləri ölkəmizin, o cümlədən Samuxun ictimai-siyasi, iqtisadi və mədəni həyatında yaxından, fəallıqla iştirak edir.
Tədbirin sonunda YAP Samux rayon təşkitalının fəal üzvləri fəxri fərmanlarla təltif edilib. Təşkilata yeni üzv olan gənclərə üzvlük vəsiqələri paylanılıb.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009