Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Hansı telekanallara daha çox baxırsınız?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Şahin İmranov ilk döyüşünü azərbaycanlıya qarşı keçirəcək
- Azərbaycan ilə YUNİSEF arasında əməkdaşlıq uğurla inkişaf edir
- Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlər dinamik olaraq inkişaf edir
- 155 yaşlı holland qadınının əqli keyfiyyətləri alimləri heyran edib
- YAP Xaçmaz rayon təşkilatının konfransı keçirilib
- YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyi Silahlı Qüvvələrimizin 90 illik yubileyini qeyd edib
- Bu gün ABŞ-ın növbəti prezidenti seçiləcək
- Azərbaycanda Uşaq Kino Evi yaradılacaq
YAP Sumqayıt şəhər təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib. Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri Nazilə Cəlilova bildirib ki, qadınlar istər cəmiyyətin inkişafında, istərsə də sağlam ailənin formalaşmasında mühüm rola malikdirlər. Cəmiyyətdə qadınların rolunun danılmaz olduğunu deyən N.Cəlilova, Ümummilli liderimiz Heydər Əliyevin memarı və yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsi olduğunu qeyd edib: “Yeni Azərbaycan Partiyasının qazandığı uğurlarda partiya sıralarındakı yüz minlərlə məsləkli, əqidəli qadınlarımızın da rolu böyükdür. Bizim, doğrudan da, geniş potensialımız var. Bəlkə elə buna görə də, yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını, gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. Təsadüfi deyil ki, partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşıb və onu yüksək dəyərləndirib”.
Çıxış edən YAP Sumqayıt şəhər təşkilatı Şurasının üzvü Gülbahar Haqverdiyeva “Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən Azərbaycan cəmiyyətində qadınlarımız hər zaman Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətini örnək götürürlər” - deyib.
YAP Sumqayıt şəhər təşkilatı sədrinin müavini Dürdanə Şirinova da Azərbaycan qadınının bütün dövrlərdə ən ağır sınaqlardan mətanətlə, üzüağ çıxaraq taleyüklü məsələlərin həllinə layiqli töhfə verdiyini bildirib: “Ümummilli lider Heydər Əliyev hər zaman qadınların fədakar əməyinə, cəmiyyətdəki roluna çox böyük qiymət verib, onlara daim qayğı ilə yanaşıb. Bu gün ölkə Prezidenti İlham Əliyev də Azərbaycan qadınının istər cəmiyyətdə, istərsə də ailədəki zəhmətini yüksək dəyərləndirir. Azərbaycan qadını hər zaman ölkəsinin inkişafı, cəmiyyətin sağlam formalaşması istiqamətində bütün əziyyətlərə qatlaşmağa hazırdır”.
Çıxış edən digər natiqlər də qadınları bayram münasibətilə təbrik ediblər. Tədbirin sonunda qadınlara hədiyyələr verilib.
Pərviz SADAYOĞLU

Siyasət