Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
YAP Nizami rayon təşkilatı bir qrup şəhid ailəsi, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirib
Qarşıdan gələn Novruz bayramı münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı bir qrup şəhid ailəsi, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirib. Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan dövləti torpaqlarımızn bütövlüyü uğrunda mübarizə aparmış, döyüşmüş insanlara diqqət və qayğını başlıca vəzifələrdən biri hesab edir. O, bu istiqamətdə həyata keçirilən siyasət haqqında məlumat verərək deyib ki, ölkə başçısı həmin təbəqəyə mənsub olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq addımlar atır, qərarlar qəbul edir.
Təşkilat sədrinin sözlərinə görə, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasət özünün uğurlu nəticəsini verməkdədir. Bu gün Azərbaycan dünyanın ən yüksək templə inkişaf edən dövlətlərindən biridir. Sözsüz ki, qazanılan uğurlar hər bir vətəndaşı sevindirir, Azərbaycanın uğurlarından qürur duyur. “Yeni Azərbaycan Partiyası da bu siyasətin fəal təbliğatçısıdır. Eyni zamanda, biz də bu siyasətə dəstək olaraq mütəmadi şəkildə torpaqlarımız uğrunda mübarizə aparan insanlarla görüşür, onlara maddi və mənəvi dəstək olmağa çalışırıq”, - deyən S.Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunacağına əminliyini ifadə edib.
YAP Nizami rayon təşkilatı İdarə Heyətinin üzvü, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxışında ölkəmizin sürətlə inkişaf etdiyini deyərək, bu inkişafda YAP fəallarının da rolunun olduğunu bildirib.
Tədbirdə daha sonra 2009-2010-cu tədris ilində ali məktəblərə yüksək balla qəbul olunmuş şəhid, Qarabağ müharibəsi əlili və veteranının ailə üzvlərinə bayram hədiyyələri, pul mükafatları təqdim olunub.
Şəhid övladı Xəyyam Yusifli öz bilik və bacarığı ilə vətənə xidmət edəcəyini bildirib: “Atam torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Mən isə yaxşı təhsil almaqla, öz biliyimlə dövlətimizə ləyaqətlə, şərəflə xidmət edəcəm”.
Nardar BAYRAMLI

Siyasət