YAP Binəqədi rayon təşkilatı ötən 17 il ərzində böyük inkişaf yolu keçib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 17-ci ildönümü tamam olub. Bu münasibətlə partiyanın Binəqədi rayon təşkilatının qərargahında tədbir keçirilib. Təşkilatın sədri Nəbi Xəlilov çıxış edərək ötən dövr ərzindəki fəaliyyət barədə ətraflı məlumat verib. O, bildirib ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası zamanın tələbi olaraq yaradıldı. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya inkişafının yeni mərhələsindədir. N.Xəlilov qeyd edib ki, hazırda YAP Binəqədi rayon təşkilatının sıralarında 12 min nəfərə yaxın üzv birləşib. İlk təşkilatların sayı isə 212-dir. 2010-cu ilin ötən müddətində təşkilat sıralarına 200 nəfərin üzv olması ilə yanaşı 4 ilk ərazi təşkilatı da yaradılıb.
Tədbirdə daha sonra YAP İdarə Heyətinin üzvləri Şahlar Əsgərov və Nizami Xudiyev, YAP Siyasi Şurasının üzvü Həsən Mirzəyev və digərləri çıxış edərək ötən 17 il ərzində YAP Binəqədi rayon təşkilatının böyük inkişaf yolu keçdiyini bildiriblər.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009