Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu Xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etdirib.
Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Canəli Əkbərovun həyat və yaradıcılığına həsr olunmuş albom yüksək poliqrafik səviyyədə və nəfis şəkildə hazırlanıb. Musiqi albomu kitab və dörd kompakt diskdən ibarətdir. Albomda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır.
Yetmiş il əvvəl Azərbaycanın gözəl guşələrindən olan Lənkəranda musiqiçi ailəsində anadan olan, xanəndə babası və atasının yolunu davam etdirən Canəli Əkbərov sonra Bakıda Filarmoniyanın nəzdində fəaliyyət göstərən Xan Şuşinskinin muğam studiyasında ustad dərsi almışdır. Bu məktəbin təsiri onun bütün yaradıcılıq yolunu müşayiət edib.
Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı kimi xanəndənin yaradıcılıq yolunu əks etdirir. Burada xanəndənin ifasında “Zabul-segah”, “Mahur-hindi” muğam dəsgahları, “Dügah”, “Şahnaz” muğamları, “Simayi-şəms”, “Mənsuriyyə” zərb muğamları, “Qarabağ” şikəstəsi və xalq mahnıları toplanıb. Heydər Əliyev Fondunun yeni layihəsi indiyədək nəşr olunmuş “Qarabağ xanəndələri”, “Muğam aləmi” musiqi albomları, tədris vəsaiti kimi hazırlanmış “Azərbaycan muğamı” multimedia toplusu, muğam ustadlarımız, Xalq artistləri Əlibaba Məmmədovun, Arif Babayevin, tanınmış kaman ustası, Xalq artisti Habil Əliyevin, Xalq artisti Ağaxan Abdullayevin həyat və yaradıcılığından bəhs edən musiqi albomları silsiləsini zənginləşdirib.

Siyasət