Hesabat seçki yığıncağı keçirilib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının növbədənkənar hesabat seçki yığıncağı keçirilib. Yığıncaqda giriş nitqi ilə çıxış edən rektor, akademik İsa Həbibbəyli qeyd edib ki, Yeni Azərbaycan Partiyası 18 il öncə milli müstəqilliyin qorunub saxlanması, ölkədə demokratiyanın  və vətəndaş həmrəyliyinin bərqərar olması məramı ilə, tarixi zərurətdən yaradılıb, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli müqəddaratında həlledici rol oynayıb. Rektor 14 illik tarixi inkişaf yolu keçmiş, 1862 nəfəri öz ətrafında birləşdirən YAP universitet şəhərciyi ərazi ilk təşkilatının məqsədyönlü fəaliyyətindən, tələbə gənclərdə vətənpərvərlik ruhunun və birmənalı dövlətçilik mövqeyinin təbliğindəki rolundan söz açıb, təşkilatın sədri Elman Cəfərovun YAP Naxçıvan şəhər təşkilatının sədri təyin olunmasını yüksək etimad kimi dəyərləndirib.
Sonra YAP Naxçıvan şəhər təşkilatının sədri, universitet ərazi ilk partiya təşkilatının sabiq sədri Elman Cəfərlinin hesabat məruzəsi dinlənilib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, elmi kitabxananın direktoru, filologiya elmləri namizədi Aypara Behbudova, YAP NDU Gənclər Birliyinin sədri Elçin Əliyev, YAP Naxçıvan  MR Təşkilatının icra katibi Anar İbrahimov çıxış edərək YAP universitet ərazi ilk təşkilatının gənclərdə siyasi şüurun formalaşmasında, onların icimai-siyasi xadim kimi yetişməsində, müstəqil dövlət quruculuğunda yaxından iştirak etməsində mühüm rol oynadığını bildiriblər.
Sonra təşkilati məsələlərə baxılıb.
Mehriban SULTAN
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009