Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Bahar Muradova: ATƏT rəsmilərinin bölgəyə səfəri danışıq aparan tərəflərə və vasitəçilərə dəstək kimi qəbul olunmalıdır
“ATƏT Parlament Assambleyasının rəhbəri və Cənubi Qafqaz üzrə məruzəçinin bölgəyə səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə parlamentarların dəstəyini əldə etmək məqsədi güdür”. Bunu APA-ya açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT PA-nın prezidenti Joao Soares və Cənubi Qafqaz üzrə məruzəçi Qoran Lenmarkerin martın 13-də Azərbaycana gözlənilən səfərinə münasibət bildirərkən deyib. Onun fikrincə, J.Suares və Q.Lenmarker Dağlıq Qarabağ probleminin mahiyyəti, məzmunu haqqında bir çoxlarından daha məlumatlıdır və məsələyə hərtərəfli bələddir: “Ona görə bu səfər bir daha onların özünün də qeyd etdiyi kimi, qərar qəbul olunması lazım gələn indiki məqamda tərəflərə və vasitəçilərə dəstək kimi qiymətləndirilməlidir”.
Bahar Muradova , həmçinin, deyib ki, ABŞ Konqresinin xarici əlaqələr komitəsinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə Azərbaycan çox kəskin münasibət bildirib: “Düşünürəm ki, biz sona qədər öz mövqeyimizdə qalacaq və bu məsələyə kəskin etirazımızı bildirəcəyik. Çünki bu məsələnin parlamentlərdə müzakirəsi, ümumilikdə tarixi hadisələrə bir siyasi pəncərədən baxışa və buna uyğun siyasi münasibətlərin qurulmasına gətirib çıxarır. Bu da ölkələr arasında və xalqlar arasında münasibətlərin normallaşmasına yox, əksinə pisləşməsinə və ziddiyyətlərin yaranmasına gətirib çıxarır. Çünki, axtarsan hər bir xalqın və dövlətin tarixində buna bənzər hadisələr var və mən düşünürəm ki, tarixdə, keçmişdə olan bu kimi məsələlərə məhz tarixçilər, alimlər, araşdırmaçılar münasibət bildirməlidir. Siyasətçilərin işi isə günümüzdə olan reallıqları nəzərə alaraq, dövlətlər arasında, xalqlar arasında münasibətləri daha da normallaşdırmaqdır”.

Siyasət