Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Polşa Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanın Avropa strukturlarına inteqrasiya etmək səylərini dəstəkləyəcək. Polşanın Baş naziri Donald Tusk bu fikri dünən Azərbaycan hökumətinin başçısı Artur Rasizadə ilə geniş tərkibdə görüşdə bəyan edib. Geniş tərkibdə görüşdən əvvəl hökumət başçıları təkbətək görüşüblər. Azərbaycanın Baş naziri ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və bildirib ki, Polşa hökumətinin başçısının bu səfəri ölkələrimiz arasında əlaqələrin genişlənməsinə xidmət edəcək. Artur Rasizadə deyib ki, Azərbaycan Polşanın Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək təcrübəsinə maraq göstərir. İqtisadi sahədə Azərbaycan-Polşa əməkdaşlığının genişlənməsi üçün böyük potensial imkanların olduğunu bildirən A.Rasizadə deyib ki, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın qəbul etdiyi qərarların həyata keçirilməsi bu istiqamətdə mühüm rol oynayacaq.
Polşa nümayəndə heyətinin üzvlərinə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı barədə, habelə ölkəmiz üçün əsas problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilib. Azərbaycanın Baş naziri qeyd edib ki, bu problemin tezliklə həll edilməsi regiondakı bütün ölkələrin, o cümlədən Azərbaycan ərazisinin 20 faizini işğal etmiş təcavüzkar Ermənistanın da xeyrinə olar. Donald Tusk onu Azərbaycana rəsmi səfərə dəvət etdiyinə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan iqtisadiyyatı kimi, onun ölkəsinin iqtisadiyyatı da qlobal maliyyə böhranının kəskin nəticələrini hiss etməyib. Qonaq Azərbaycan paytaxtında müşahidə etdiyi tikinti və abadlıq işlərinin miqyasını yüksək qiymətləndirib.
Polşanın Baş naziri “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanı dəstəkləməkdən söhbət açaraq bildirib ki, bu, ölkəmizə, o cümlədən Aİ ölkələri ilə viza rejiminin sadələşdirilməsi sahəsində böyük səmərə verə bilər.
Görüş başa çatandan sonra Artur Rasizadə və Donald Tusk mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan hökumətinin başçısı Azərbaycan-Polşa əlaqələrinin tarixindən söhbət açaraq qeyd edib ki, Azərbaycanda milli sənayenin, mədəniyyətin inkişafına böyük töhfə vermiş Polşa ziyalılarının nümayəndələrinin - mühəndis Pavel Pototski, memar Yuzef Ploşka və başqalarının adlarını hörmətlə yad edirlər. O, Polşanın iş adamlarını ölkəmizin qeyri-neft sektorunun inkişafı üzrə investisiya layihələrində fəal iştirak etməyə çağırıb.
Donald Tusk ölkələrimiz arasında əməkdaşlığın müxtəlif aspektləri barədə, Azərbaycan hökumətinin başçısı ilə aparılmış danışıqlardan məmnun olduğunu bildirib.

Siyasət