Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Polşa Respublikasının Baş naziri Donald Tuskun başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti dünən Milli Məclisə gəlib. Polşanın Baş naziri Milli Məclisin iclas zalına baxıb. Sonra Milli Məclisin sədri Oqtay Əsədov ilə Polşanın Baş naziri Donald Tusk arasında görüş olub. Milli Məclisin sədri Oqtay Əsədov bu cür yüksək səviyyəli səfərlərin ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına töhfə verdiyini bildirib. Ölkələrimiz arasında əlaqələrin qədim tarixindən danışan O.Əsədov hələ ötən əsrdə polşalı iş adamlarının, neft mütəxəssislərinin Azərbaycanda işlədiklərini, yaşadıqlarını qeyd edib, müstəqilliyimizin bərpasından sonra münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini bildirib. Milli Məclisin sədri deyib ki, münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının müstəsna xidmətləri var. Dövlət başçılarının qarşılıqlı səfərləri, keçirdikləri səmərəli görüşlər hər iki tərəfə fayda gətirib, əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaradıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Oqtay Əsədov deyib ki, rəsmi Bakı problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Milli Məclisin sədri deyib: “Bu gün dünyada 1500-dən çox etnik münaqişə mövcuddur. Əgər onların hər birinə dövlət yaratmağa imkan verilsə, o zaman dünyanın siyasi xəritəsi yenidən cızılmalıdır. Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək”.
O.Əsədov münaqişənin həllində nümayiş etdirdiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə Polşa dövlətinə və hökumətinə minnətdarlıq edib, bu siyasətin gələcəkdə dəyişməyəcəyinə ümidvar olduğunu bildirib.
Milli Məclisin sədri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolundan danışıb, ölkəmizin Odessa-Brodı-Plotsk-Qdansk layihəsini də dəstəklədiyini qeyd edib. Azərbaycana səfərindən məmnun qaldığını deyən Donald Tusk bildirib ki, Polşa-Azərbaycan dostluğunun dərin kökləri var. O, dost ölkələrimiz arasında əlaqələrin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirib.
Ölkəmizin Avropanın enerji təminatında mühüm rolunu vurğulayan Donald Tusk Azərbaycanın son illər əldə etdiyi uğurları yüksək qiymətləndirib. Qonaq deyib ki, Azərbaycanda əldə olunmuş bütün nailiyyətlər, qlobal maliyyə böhranının ölkəmizə çox az təsir göstərməsi həyata keçirilən düzgün siyasətin nəticəsidir. Polşanın Baş naziri dövlətlər və xalqlar arasında parlamentlərin rolunu qeyd edib, qanunverici orqanların əməkdaşlığını, xüsusilə də dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirib. Baş nazir Polşa ilə Azərbaycan arasındakı əlaqələrin Avropa İttifaqı, xüsusən də, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O deyib ki, Polşa yaxın vaxtlarda Avropa İttifaqına sədrlik edəcək və bu dövrdə Azərbaycan ilə qurum arasında münasibətlərin genişlənməsinə, Azərbaycanın Avropaya inteqrasiyasına xüsusi diqqət yetiriləcək.
Hörmətli qonaq sonda Azərbaycan parlamentinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Siyasət