Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Polşanın Baş naziri Donald Tuskun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Polşa Respublikasının Baş naziri Donald Tuskun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Polşa arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyini qeyd edib. Azərbaycanın Polşa ilə əlaqələri müxtəlif sahələrdə genişləndirməkdə maraqlı olduğunu deyən dövlətimizin başçısı Baş nazirin ölkəmizə səfərinin əməkdaşlıq üçün yeni sahələrin müəyyən edilməsi, birgə fəaliyyət üçün əlavə tədbirlərin müzakirəsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.
Polşa Respublikasının Baş naziri Donald Tusk ölkəmizə səfəri zamanı Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdiyini vurğulayaraq bu yerlərin Azərbaycanın tarixi yaddaşı üçün mühüm və önəmli olduğunu deyib. O, ölkələrimizin tarixində bizi bir-birimizlə sıx birləşdirən məqamların olduğunu da vurğulayıb. Donald Tusk əmin olduğunu bildirib ki, onun səfəri Polşa ilə Azərbaycan arasında iqtisadi sahədə konkret layihələrin müəyyənləşməsi və əlaqələrimizin daha da genişləndirilməsi baxımından səmərəli olacaq. Baş nazir ikitərəfli münasibətlərimizin Avropa İttifaqı çərçivəsində genişlənməsinin əhəmiyyətini də vurğulayıb.

* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Polşa Respublikasının Baş naziri Donald Tuska işçi nahar verilib.

Siyasət