Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 5-10-da İndoneziya, Sinqapur və Malayziyada işgüzar səfərdə olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər zamanı İndoneziya daxili işlər nazirinin müavini Aqunq Mulyana və İndoneziya energetika və təbii sərvətlər naziri Darvin Zahedi Saleh, Sinqapur baş nazirinin xüsusi müşaviri Fillip Yeo, Sinqapurun xarici işlər naziri Corc Yeo və Malayziya xarici işlər nazirinin müavini Datu Lee Çi Leonq ilə görüşlər keçirilib. Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər zamanı təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən bir sıra qurumların rəhbərləri, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə işlərinin təşkili üçün zəruri olan xüsusi fərdi mühafizə və yanğın təhlükəsizliyi vasitələrinin, müxtəlif növ yanğınsöndürən və texniki avadanlıqların istehsalı ilə məşğul olan bir qrup şirkətlərin nümayəndələri ilə də görüşlər keçirilib.






Siyasət


