Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
Qənirə Paşayeva: Türkiyəyə məhz uydurma “erməni soyqırımı” məsələsi vasitəsilə təzyiq etməyə çalışırlar
“ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi uydurma “erməni soyqırımı” haqqında yanlış qərar qəbul edib. ABŞ-ın bu yanlış mövqeyi bir daha göstərmiş oldu ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində obyektiv olmayacaq”. Bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.
Q.Paşayeva bildirib ki, həmin qərarla ABŞ özünün bu məsələdə də nə qədər qeyri-obyektiv olduğunu ortaya qoymuş oldu. “Qərar qəbul olunan ərəfədə ABŞ prezidenti Barak Obama deyirdi ki, Türkiyə Ermənistanla imzalanmış protokolların parlamentdən keçməsini sürətləndirsin. Bu, o deməkdir ki, həmin protokolları nə yolla olursa-olsun parlamentdən keçirin, sərhədləri açın və sair. Ona görə də Türkiyəyə məhz uydurma “erməni soyqırımı” məsələsi vasitəsilə təzyiq etməyə çalışırlar. Bu, eyni zamanda ABŞ tərəfindən Qarabağ münaqişəsinə baxışda, yanaşmada qeyri-obyektiv mövqe sərgilənməsi deməkdir” deyə o, qeyd edib.
Deputat hesab edir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi bu yanlış və ədalətsiz qərarı ilə təkcə Türkiyəni yox, dünyanın hər bir yerində yaşayan hər bir türkü təhqir edib. Onun fikrincə, bu yöndə proseslər aprelin 24-ə qədər davam edəcək. Ona görə də, dünyanın hər yerində yaşayan türklər məsələyə ciddi reaksiya verməlidirlər.

Siyasət