Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
- Münxen Təhlükəsizlik Konfransında dünyanın siyasi-iqtisadi gündəliyindəki ən vacib məsələlər müzakirə edildi
- 2012-ci ildə Azərbaycanda böyük infrastruktur layihələri həyata keçiriləcək
- Prezident İlham Əliyev Albaniyanın ölkəmizdəki səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib
- Əli Həsənov: Hesab edirəm ki, Türkiyə Böyük Millət Məclisində Xocalı ilə bağlı müəyyən qərarlar qəbul etmək imkanı olacaq
- Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının nümayəndə heyəti ilə görüşüb
- Prezident İlham Əliyev İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib
Elmar Məmmədyarov: Mən şəxsən belə düşünürəm ki, Ermənistan tərəfi də onu qəbul etməlidir
“Azərbaycan yeniləşmiş Madrid variantını qəbul edir, çünki düşünürük ki, o hansısa böyük sazişi müzakirə etməyə imkan yaradır”. APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. “Mən şəxsən belə düşünürəm ki, Ermənistan tərəfi də onu qəbul etməlidir. Lakin onlar deyirlər ki, təkliflərdəki bəzi məqamlar onları qane etmir, sənədi qəbul edə bilməzlər. İndi məhz həmin məqamlar üzərində müzakirələr aparılır”, - deyə nazir vurğulayıb.
E.Məmmədyarov Dağlıq Qarabağ münaqişənin həlli vaxtının çatması barədə beynəlxalq təşkilatların və bəzi ölkə rəhbərlərinin bəyanatlarına da münasibət bildirib: “Həm 3 həmsədr ölkənin rəhbəri, həm ATƏT-ə sədrlik edən Qazaxıstan, həm də Avropa İttifaqına rəhbərlik edən İspaniya bəyan edib ki, 2010-cu il irəliləyişə nail olmaq üçün önəmli ildir. ATƏT Parlament Assambleyasının prezidenti Joao Suares və qurumun Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker də buna bənzər açıqlamalarla çıxış ediblər. Bu o deməkdir ki, bütün beynəlxalq ictimaiyyət irəliləyiş istəyir. Onlar da hesab edirlər ki, birmənalı olaraq işğal edilmiş torpaqlar azad olunmalı, məcburi köçkünlər geri qayıtmalıdırlar. Bununla bağlı sual ünvanlanmalı olan yeganə tərəf Ermənistan rəhbərliyidir”.
Elmar Məmmədyarov, həmçinin, bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü barədə müzakirələr aparılmır. Ermənistan xarici işlər nazirinin Moskvaya, prezidentinin isə Fransaya səfər etdiklərini xatırladan nazir bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri hazırda yenilənmiş Madrid təkliflərinə Ermənistanın təqdim etdiyi təklifləri müzakirə edir: “Çox güman ki, sonra Ermənistanın xarici işlər naziri Parisə dəvət olunacaq. Bundan sonra məlum olacaq ki, hansı istiqamətdə iş aparılsın”.

Siyasət