Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
Məlahət İbrahimqızı: İnsan sağlamlığına böyük təsiri olan ekoloji problemlərin həlli dünya dövlətlərinin və cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyyət qoyur
Martın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “İnsanlara sayğı, təbiətə qayğı” adlı kampaniya çərçivəsində Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Psixiatriya xəstəxanasında tədbir keçirilib.
Milli Məclisin deputatları Eldar Quliyev, Musa Quliyev, Ombudsman Elmira Süleymanova, Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Sevil Əsədova, səhiyyə nazirinin müavini Elsevər Ağayev və respublikanın baş psixiatrı Gəray Gəraybəylinın də qatıldığı tədbirin iştirakçıları əvvəlcə xəstəxananın həyətində “Ekologiya ili” çərçivəsində ağacəkmə mərasimində iştirak ediblər. Qeyd olunub ki, xəstəxananın ərazisində 2500-dən artıq ağacın əkilməsi nəzərdə tutulur.
Sonra xəstəxanada müalicə olunan xəstələrə baş çəkən qonaqlar onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək bayram hədiyyələri təqdim ediblər.
Xəstəxanın klubunda keçirilən tədbiri açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində geniş yaşıllaşdırma tədbirləri keçirilir: “Bu gün bəşəriyyəti düşündürən qlobal problemlər arasında əhatə dairəsinin genişliyinə görə, ən mühüm yeri ekologiya məsələləri tutur. İnsan sağlamlığına böyük təsiri olan ekoloji problemlərin həlli dünya dövlətlərinin və cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyyət qoyur. Müstəqil dövlətimizin dinamik inkişafı və əldə olunmuş uğurlar ölkəmizdə ətraf mühitin qorunması məsələlərinin də daim nəzarətdə saxlanmasını gündəmə gətirib. Bu mənada dövlətimizin başçısının təşəbbüsü bugünkü reallığı və zərurəti özündə tam əks etdirib”.
Qeyd olunub ki, “Ekologiya ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Səhiyyə Nazirliyi həm təbiətimizə, həm də daimi qayğıya ehtiyacları olan ruhi xəstəlikdən əziyyət çəkən insanlara qulluq göstərmək məqsədi ilə “İnsanlara sayğı, təbiətə qayğı” adlı kampaniyaya başlayıb. Bugünkü tədbir Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməklə yanaşı, həm təbiətin, həm də ruhi xəstələrin problemlərinə ictimaiyyətin diqqətini bir daha cəlb etmək məqsədi daşıyır.
Tədbir konsert proqramı ilə davam etdirilib.
RAMİL

Siyasət