Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 1 səs)
Çox oxunanlar
- Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında İdarə Heyətinin üzvlərinin, ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə yanvar və fevral aylarında partiya sıralarına qəbul olunanlara üzvülük vəsiqələrinin təqdim edilməsi ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov açaraq üzvülük vəsiqələrinin təqdimat mərasiminin əlamətdar bir dövrə təsadüf etdiyini qeyd edib. Şəhər təşkilatının sədri Azərbaycan xalqının milli bayramı olan Novruz bayramını gəncəlilərin və partiya fəallarının yüksək əhval-ruhiyyə ilə qarşıladıqlarını vurğulayıb və bütün partiya fəallarını, tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib, onlara siyasi və əmək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edilib ki, yeni üzvlərin pariya sıralarına qəbulu zamanı onların ictimai fəallığı, siyasi proseslərdə iştirakı, əqidə saflığı əsas meyar kimi götürülür. Deyilənlərə nümunə olaraq həmin gün partiya vəsiqəsi alan 43 nəfərdən 1 nəfəri elmlər doktoru, professor, 1 nəfər elmlər namizədi, 3 nəfəri sahibkar, 27 nəfəri gənc, 12 nəfəri qadın, 6 nəfəri idmançıdır. Bu statistika onu göstərir ki, YAP cəmiyyətdə özünə böyük nüfuz qazanmış partiyadır. Ən müxtəlif peşə sahiblərinin YAP-a üz tutması onun sosial bazasının daha geniş olduğunu göstərir. YAP Gəncə şəhər təşkilatının sədri onu da bildirib ki, 2010-cu ildə şəhər təşkilatının qarşısında daha məsuliyyətli vəzifələr durur. Şübhəsiz ki, partiya fəalları indiyədək qazandıqları ənənəvi uğurları davam etdirəcək, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının nüfuzunun daha da yüksəlməsinə çalışacaq və bütün partiya üzvlərini qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə səfərbər edəcəklər.






Siyasət


