Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
- Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır
- Prezident İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümü Şirvan şəhərində də qeyd olunub. Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı və Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov nəcib insan, tanınmış ictimai xadim, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın həyat yolu haqqında danışıb. M.Camalov bildirib ki, öz həyatını tibb elminin inkişafına həsr edən akademik Zərifə xanım Əliyeva göz xəstəliklərinin profilaktik müalicəsi sahəsində böyük uğurlara imza atıb: “Zərifə xanım hər zaman xalqımızın yaddaşında yaşayacaq. Böyük şəxsiyyət, istedadlı həkim olan Zərifə xanım Əliyeva uzun illər pedaqoq kimi də xalqımızın xidmətində dayanıb. Zərifə xanım müqəddəs həkimlik sənətinin simvolu idi”.
Çıxış edən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov qeyd edib ki, hər bir həkim öz peşə fəaliyyətində Zərifə xanımın şərəfli ömür yoluna əsaslanır: “Həkimlik həqiqətən müqəddəs sənətdir. Onlar insan həyatının xilası ilə məşğuldur. Zərifə xanım oftalmologiya sahəsində imza atdığı yeniliklərlə böyük bir məktəb yaratdı”.
Daha sonra çıxış edən natiqlər də nəcib insan, akademik Zərifə xanım Əliyeva ilə bağlı öz ürək sözlərini bildiriblər.
Pərviz SADAOĞLU