Koreyada səfərdə olan YAP nümayəndə heyəti baş nazir Cunq Un-Cunqla görüşüb

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Koreya Respublikasında (KR) səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin baş naziri Cunq Un-Cunqla görüş keçirib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkələr arasında mövcud əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, enerji, təbii ehtiyatlar, informasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Ə.Əhmədov Azərbaycanda əlverişli investisiya imkanlarına toxunaraq, bunun xarici, o cümlədən Koreya Respublikasının biznes dairələri üçün də maraqlı olduğunu vurğulayıb, bu ölkənin iş adamlarının Azərbaycanda xüsusi maraq və rəğbətlə qarşılandığını qeyd edib.
Baş nazir isə dünyanı bürüyən maliyyə böhranı dövründə Azərbaycanda iqtisadi artımın müşahidə olunduğunu yüksək qiymətləndirib. O həmçinin, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə maraqlanıb.
Qeyd edək ki, YAP nümayəndə heyətinin səfər müddətində KR prezidentinin siyasi məsələlər üzrə baş müşaviri ilə və digər yüksək səviyyəli görüşləri nəzərdə tutulur.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009