YAP “Heydər Əliyev və inkişafın Azərbaycan modeli” mövzusunda konfrans keçirəcək

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan xalqının Ümummilli lideri, YAP - ın yaradıcısı Heydər Əliyevin anadan olmasının 87 - ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və inkişafın Azərbaycan modeli” mövzusunda konfrans keçirəcək. Konfransın açılış mərasimində YAP İdarə Heyətinin üzvlərindən Təhsil naziri Misir Mərdanov və Milli Məclisin komitə sədri Arif Rəhimzadə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Dövlər Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edəcək. Konfrans plenar iclasdan sonra “Heydər Əliyev yolu - milli inkişaf strategiyası”, “İnkişafın Azərbaycan modeli: başlıca xüsusiyyətlər və meyllər” və “Azərbaycan yeni mərhələdə: uğurlu nəticələr və perspektivlər” mövzusunda bölmə iclaslarında öz işini davam etdirəcək. Konfrans mayın 8 - də “Gülüstan” sarayında keçiriləcək. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli liderin məzarını ziyarət edəcəklər.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009