YAP ATƏT-in Minsk qrupunun həmsədrlərinə etiraz məktubu göndərib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Yeni Azərbaycan Partiyası (YAP) ATƏT-in Minsk qrupunun həmsədrlərinə Dağlıq Qarabağdakı erməni separatçı rejimi tərəfindən bu ilin may ayının 23-də keçirilməsi nəzərdə tutulan “parlament seçkiləri” ilə əlaqədar etiraz məktubu göndərib. Məktubda deyilir: “Sübut etməyə ehtiyac yoxdur ki, işğal olunmuş bir ərazidə heç kim tərəfindən tanınmayan separatçı qurumun seçki keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə daban - dabana zidd olub, legitim sayıla bilməz. Dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatı tərəfindən tanınmayan sözügedən separatçı qurumun mövcudluğu Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin birbaşa nəticəsidir. Təəssüf hissi ilə qeyd edirik ki, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, Avropa Şurası və ATƏT-in müvafiq qərarlarına, Minsk qrupunun səylərinə baxmayaraq, 20 ildən çoxdur ki, təcavüzkar Ermənistan Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır. Dağlıq Qarabağ separatçı rejiminin təşkil etdiyi sözügedən “seçki kampaniyası”, əslində, beynəlxalq ictimaiyyətin nəzərində qondarma quruma legitimlik qazandırmaq cəhdindən başqa bir şey deyildir. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının suverenliyinə birbaşa təcavüz xarakteri daşıyan bu hərəkət hazırda Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqlarına ciddi şəkildə mane olur və xoşməramlı məqsədlərə xidmət göstərmir.”
Qondarma rejim tərəfindən həyata keçirilən “seçkinin” münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinə mənfi təsir göstərəcəyi bildirilən məktubda daha sonra deyilir: “Yeni Azərbaycan Partiyası separatçı rejimin növbəti “seçki” təxribatını qəti şəkildə pisləyir, bu əməlləri danışıqlar prosesinə ciddi əngəl hesab edir və ATƏT-in Minsk qrupunun həmsədrlərindən bu məsələyə obyektiv münasibət bildirmələrini gözləyir”.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009