YAP Ağdaş rayon təşkilatı Şurasının geniş iclası olub

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Bu günlərdə Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Şurasının ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə geniş iclası keçirilib. İclasda çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov may ayının 14-15-də partiyanın rayon və şəhər təşkilatları sədrlərinin Gəncə şəhərində keçirilən ümumrespublika müşavirəsi barədə iştirakçıları məlumatlandırıb.
Rayon təşkilatının sədri YAP-ın Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun çıxışı barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Rayon təşkilatı sədrinin sözlərinə görə, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov 500 min nəfərdən artıq üzvü olan bu siyasi qurumun ölkənin inkişafındakı rolu və mövqeyi barədə müşavirədə ətraflı məlumat verib: “YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov dedi ki, Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti daha qətiyyətlə dəstəkləməsi YAP-ın gücünü, qüvvəsini, qüdrətini həm artıran, həm də onun çox etibarlı təməl üzərində dayanmasını təmin edən başlıca amildir”.
C.Osmanov onu da deyib ki, tədbirin ikinci günü YAP Gəncə şəhər təşkilatının iş təcrübəsinin öyrənilməsi və təbliği, eləcə də, qarşıdan gələn parlament seçkilərinə partiyadaxili hazırlığın vəziyyəti müzakirə edilib. Bu ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı rayonda görülən işlərə toxunan C.Osmanov bəyan edib ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında birləşən 12 mindən artıq partiya üzvü parlament seçkilərində fəal iştirak edəcəklər.
NADİR
  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009