Prezident İlham Əliyev Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevskini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevskini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlətimizin başçısı Kşiştof Krayevskinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev münasibətlərimizin inkişafında Polşanın keçmiş Prezidenti mərhum Lex Kaçinskinin xüsusi rolunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, ölkələrimiz arasında münasibətlərin dinamik və müsbət istiqamətdə inkişaf etməsi dövlət başçılarının ikitərəfli əlaqələrə göstərdikləri diqqətin təzahürüdür. Münasibətlərimizin inkişafında səfirlərin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev Kşiştof Krayevskinin əlaqələrimizin genişlənməsi üçün çox işlər gördüyünü vurğulayıb, onun ölkəmizdəki bir çox proseslərdə fəal iştirak etdiyini bildirib. Səfirə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmlənməsində xüsusi xidmətlərinə görə Kşiştof Krayevskinin “Dostluq” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzaladığını deyib və ordeni ona təqdim edib. Səfir Kşiştof Krayevski Azərbaycanın “Dostluq” ordeninə layiq görülməsindən böyük şərəf hissi keçirdiyini vurğulayıb. Bakıya gəldiyi ilk günü xatırlayan diplomat onun ölkəmizdəki fəaliyyətinə Azərbaycan Prezidentinin verdiyi yüksək qiymətdən təsirləndiyini deyib, bunun özü və ölkəsi üçün çox vacib və əhəmiyyətli olduğunu bildirib. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirən diplomat səfirliyin işinə şəxsən Azərbaycan Prezidentinin böyük dəstək verdiyini qeyd edib və buna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009