Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
Azərbaycanın görkəmli yazıçısı və alimi, professor Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin üçcildliyi Qırğızıstanın paytaxtı Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun və Azərbaycanda fəaliyyət göstərən “Avromed” şirkətinin dəstəyi ilə qırğız dilində nəfis şəkildə nəşr edilib. Üçcildliyi qırğız dilinə Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbayev, ittifaqın katibi Seyit Altımışov, yazıçı Mukan Asanaliyev çeviriblər. Bişkekdəki “Biyiktik” nəşriyyatında nəfiş şəkildə nəşr olunmuş üçcildliyin baş redaktoru Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldacan Akmataliyev, redaktorları Qırğızıstanın xalq şairi Sooronbay Cusuyev, Qırğızıstanın xalq yazıçısı Tölöqön Qasımbekov və Beynəlxalq Aytmatov Akademiyasının akademiki, xalq yazıçısı Cumadin Kadırovdur.
Üçcildliyin tərtibatçıları Ədibə Paşayeva, Novruz Məmmədov və Aqil Hacıyevdir. Kitabın baş məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri akademik, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun qardaşı İlgiz Aytmatov, Ədibə Paşayeva, Qənirə Paşayeva, Aqil Hacıyev, Cavanşir Məmmədov, Nüsrət Məmmədov, Hikmət Məmmədov və Nəsir Məmmədovdur.
Üçcildliyə ön sözü professor Aqil Hacıyev yazıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş, hər cildi 550 səhifə olan üçcildlik Qırğızıstanın bütün kitabxanalarına, elm və təhsil ocaqlarına pulsuz veriləcək.
Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbayev üçcildliyin qırğız dilinə tərcümə olunmasına və nəşrinə göstərdikləri köməyə görə Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədova, Azərbaycanda fəaliyyət göstərən “Avromed” şirkətinin baş direktoru Cavanşir Feyziyevə dərin minnətdarlığını bildirib. Yeni nəşrin Qırğızıstan-Azərbaycan ədəbi əlaqələrində müstəsna rol oynayacağına əminliyini bildirən Abdrahman Alımbayev vurğulayıb ki, bu nəşr Sovetlər birliyi dağılandan sonra Qırğızıstan və Azərbaycan ədəbi əlaqələrində ilk böyük hadisədir. A.Alımbayev əlavə edib ki, bu hadisənin Qırğızıstan və Azərbaycan tərəfindən geniş təbliğinə ehtiyac var. Akademik bildirib ki, Qırğızıstan alimləri bu kitab əsasında Mir Cəlalın yaradıcılığını tədqiq edəcək, yeni elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə olunacaq.
Qeyd etmək yerinə düşər ki, Qırğızıstanda Mir Cəlal Paşayevin yaradıcılığına böyük maraq var. Görkəmli alim, yazıçı və pedaqoqun ədəbi və elmi irsinin öyrənilməsi məqsədi ilə Qırğızıstan Milli Kitabxanasında Mir Cəlal adına Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzi açılıb. Bu yaxınlarda Bakıda Qırğızıstanın, Azərbaycanın və Qazaxıstanın görkəmli alim, yazıçı və jurnalistlərinin iştirakı ilə Mir Cəlal Paşayevin Bişkekdə qırğız dilində nəşr olunmuş üçcildliyinin təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

Siyasət