Prezident İlham Əliyev BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul edib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul edib.
Supaçay Paniçpakdi  BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Azərbaycan Diplomatik Akademiyası ilə birlikdə Bakıda təşkil etdikləri Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, təmsil etdiyi təşkilatın Azərbaycan Diplomatik Akademiyası ilə  əməkdaşlığından məmnun olduğunu deyib. Regionun əhəmiyyətinin artdığı bir dövrdə  Azərbaycanın bu regionda ən aparıcı ölkəyə  çevrildiyini vurğulayan qonaq  əldə olunan nailiyyətlərlə bağlı dövlətimizin başçısını təbrik edib.
Prezident İlham Əliyev Bakıda Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı  bu tədbirdə maraqlı  müzakirələrin aparılacağına və tədbirin səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009