Respublika mehmanxanası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib

Menyu

Arxiv

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
272829

Abunə

Xəbərlərə abunə:

Sorğu: Səsvermə

Ən çox izlədiyiniz rubrika?

  • email Dostuna göndər
  • print Çap versiyası

Bu yazını qiymətləndirirsiniz?

(cəmi 0 səs)
Məlumatın oxunma imkanı:
Prezident İlham Əliyev mehmanxananın təmirdən sonrakı vəziyyəti ilə tanış olub
Respublika mehmanxanası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olublar.
Görülən işlər barədə dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, yenidənqurma işlərini yerli və xarici mütəxəssislərdən ibarət inşaat briqadası həyata keçirib. İnşaat işlərində 140-a  yaxın fəhlə və mütəxəssis iştirak edib, təmir və yenidənqurma işləri ən müasir standartlara uyğun şəkildə aparılıb. Qonaqların rahatlığını təmin etmək məqsədi ilə mehmanxanada müxtəlif idman qurğuları da quraşdırılıb.
12 mərtəbəli mehmanxanada 30 nömrəlik geniş və yaraşıqlı otaqlar ən müasir standartlara cavab verir. Mehmanxanada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu da yaradılıb. Qonaqlara yüksək səviyyəli iaşə xidməti göstərmək üçün restoran və kafelər fəaliyyət göstərir.
Azərbaycan Prezidenti və xanımı görülən işlərlə yaxından tanış olublar, mehmanxananın eyvanından şəhərin panoramını seyr ediblər.

  • email Dostuna göndər
  • print Çap versiyası

Əlavə xəbərlər

Bütün hüquqlar qorunur. "Yeni Azərbaycan" qəzeti © 2008-2009