Menyu
Abunə
Xəbərlərə abunə:
Sorğu: Səsvermə
Ən çox izlədiyiniz rubrika?
Bu yazını qiymətləndirirsiniz?
(cəmi 0 səs)
Çox oxunanlar
- Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir
- Prezident İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib
- Azərbaycan və Makedoniya gəncləri arasında əlaqələr inkişaf edir
- 2012-ci il büdcə xərclərində sosial proqramlar və sosial infrastruktur layihələri mühüm yer tutur
- Tələbə qəbulu prosesi yekunlaşır
- Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
- Azərbaycan hökumətinin atdığı addımlar yüksək qiymətləndirilib
- Ərdoğandan aravuranlara sərt cavab
Mübariz Qurbanlı: Rusiya Ermənistana himayədarlıq etməklə Dağlıq Qarabağ probleminin həllinə mane olur
“Ermənilərin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədini qaytarmaması beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır”. Bu sözləri, SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin Ermənistan tərəfindən qaytarılmamasına və bu məsələdə beynəlxalq təşkilatların susmasına münasibət bildirən millət vəkili hətta İkinci Dünya müharibəsində bu kimi hallara az-az rast gəlindiyini qeyd edib: “Bu hadisə erməni tərəfinin vəhşiliyini aydın şəkildə bir daha göstərdi. Hərbi əsirlərin, itkin düşmüş şəxslərin, həlak olmuş insanların qaytarılması ilə bağlı beynəlxalq normalar, konvensiyalar var. Hələ Birinci Dünya müharibəsindən əvvəl dövlətlər bununla bağlı müəyyən razılaşmalar əldə etmişdi. Əgər bu gün Ermənistan atəşkəsi pozaraq Azərbaycan əsgərini qətlə yetirir və onun cəsədini qaytarmırsa, bu bütün beynəlxalq hüquq normalarının, müharibə qanunlarının pozulması deməkdir. Bu ermənilərin bədxahlığını, erməni simasının nə qədər alçaq olduğunu növbəti dəfə açıq şəkildə göstərir. Bütün millət alçaq ola bilməz, milləti alçaldan şəxslər ola bilər və həmin şəxslər bu gün Ermənistan rəhbərliyindədir”.
Azərbaycan tərəfinin Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin qaytarılması ilə bağlı atdığı və atacağı addımlara gəlincə, millət vəkili artıq ATƏT-də bu məsələnin qaldırıldığını və qurumun Minsk qrupuna müraciətin edildiyini bildirib. Mübariz Qurbanlı şəhid Mübariz İbrahimova Prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adının verilməsinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib: “Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı Milli Qəhrəmanımızın ailəsinə baş çəkib. Təşkilatın təşəbbüsü ilə orada tədbirlər keçirilib. Yeni Azərbaycan Partiyası Milli Qəhrəmanın adının daha yüksək səviyyədə təbliği üçün işlər görüb. Eyni zamanda şəhidimizin cəsədinin qaytarılması istiqamətində hökümət tərəfindən bir sıra addımlar atılıb. ATƏT-in toplantısında qurumdakı nümayəndə heyətimiz bununla bağlı məsələ qaldırıb. ATƏT-in Minsk qrupuna müraciətlər edilib. Yeni Azərbaycan Partiyası da bu kimi müraciətlərin edilməsi prosesində iştirak edib. Bu hadisəyə beynəlxalq təşkilatların münasibəti isə təəssüf doğuran haldır. Çünki bu təşkilatlar təcavüzkara, beynəlxalq prinsip və normaları pozan tərəfə təzyiq göstərməlidir. Biz isə hələlik bunu müşahidə etmirik. Güman edirəm ki, Azərbaycanın göstərdiyi cəhdlər öz nəticəsini verəcək”.
Rusiyanın Ermənistanla hərbi əməkdaşlığının gücləndirilməsinin bütövlükdə region üçün əlverişsiz bir addım olduğunu deyən YAP İcra katibinin müavini bunun Rusiya-Türkiyə münasibətlərinə də xələl gətirən hal olduğunu qeyd edib. Azərbaycan tərəfindən də Rusiyanın bu addımlarından narahatlıq ifadə olunduğunu dilə gətirən Mübariz Qurbanlı Ermənistanın birtərəfli qaydada silahlandırılmasının bölgədə sülhə xidmət etməyəcəyini vurğulayıb: “Ermənistanı hansısa xarici təcavüzdən qorumaq adı altında bu ölkənin yeni silahlarla silahlandırılması əlbəttə ki, yolverilməzdir. Rusiya ilə də geniş əlaqələrə malikik, strateji əməkdaşlığımız var. Amma təəssüf edirik ki, Rusiya Ermənistana himayədarlıq etməklə, təcavüzkarı şirnikləşdirməklə Dağlıq Qarabağ probleminin həllinə mane olur. Təcavüzkarı şirnikləşdirmək isə böyük faciələrə səbəb ola bilər”.
Millət vəkili eyni zamanda Ermənistanın tikmək istədiyi yeni atom elektrik stansiyasının bölgədə ekoloji vəziyyyətə mənfi təsir edəcəyini bildirib: “Yeni atom elektrik stansiyasını tikmək üçün ilk olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin razılığı alınmalıdır. Ermənistan seysmik zonada yerləşir. Bu ölkədə olan hazırkı atom stansiyası da çox təhlükəlidir. Eyni zamanda, yeni bir stansiyasının tikintisi də təhlükədən xəbər verir. Stansiyada istifadə olunacaq su Araz çayına axıdılacaqsa, biz buna qarşı çıxacayıq, etiraz edəcəyik. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bununla bağlı müəyyən addımlar atacaq. Stansiyanın tikintisi ilə bağlı söhbətlər gedir, tikintinin başlayıb-başlamayacağı isə dəqiq bilinmir”.

Siyasət